“Yekəpər yaramaz…” – Saakaşvili deputatla küçədə dalaşdı (VİDEO)

Ukrayna Radasının millət vəkili Boris Filatov Odessa qubernatoru Mixail Saakaşvili ilə çerniqov vilayətinin 205 saylı seçki məntəqəsində keçirilən seçkilərlə bağlı mübahisə edib.
Strateq.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən hadisəylə bağlı “Youtbe” sosial şəbəkəsinə video yerləşdirilib.
çerniqov şəhərinin küçələrindən birində Dövlət İşlər İdarəsinin rəhbəri Sergey Berezenko ilə birlikdə gəzən Saakaşvili Filatovla qarşılaşıb və onlar arasında mübahisə başlayıb.
Filatov 205-ci seçki dairəsindən namizəd olan Berezenkoya seçiciləri pulla aldığına eyham vuraraq, “hamıya pul payladınmı” deyə soruşub. Bundan sonra üzünü Saakaşviliyə tutaraq, “Mixail, siz də hamıya pul paylayın!” – deyib.
Saakaşvili cavabında Filatovu “yekəpər yaramaz” adlandırıb.