XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 12:08

Amerikalı yazar: “Putin Obamanın köməyi ilə ABŞ-ı təcrid edir” – Təhlil

Amerika siyasətinin bu bic oğulluğu artıq daha almanlarla dil tapa bilməyəcək

Hər şey, demək olar, başa çatıb. Dünən axşam hollandiyalı həmkarımla bağda söhbət edərkən qəti nəticəyə gəldim: Amerika son zamanlar dünyanın qalan böyük hissəsindən təcrid olunub. Barak Obama və bir ovuc yeni mühafizəkar imperiyaların gücü çatmayanı etməyə nail oldu. Bizi özümüzünkülər satdı, dünya artıq Amerika hegemoniyası və qısnamasından boğaza yığılıb, Şərqdə isə artıq indidən tanınan yeni ulduz doğmaqdadır.

Rusiya prezidenti Vladimir Putin bir həftə əvvəl BRHçG və ŞƏT sammitlərinin yekunu ilə bağlı Ufada çıxış edərkən onun üzündə tanış təbəssüm gördüm. Ona görə yox ki, mən Putinin psixoanalitikiyəm, lakin ümumən hiss olunurdu ki, yorulmuş lider önəmli qələbəsinin şəksiz əlamətlərini gizlədə bilmir. Nyu-yorklular və yaxud Kaliforniya elitası deyil, ruslar planet əhalisinin üçdə ikisi ilə birləşib hazırda dünya səhnəsinin mərkəzində qərarlaşıblar. üç qitədən on beş dövlətin başçısı Ufada görüşdü ki, fərdi və kollektiv şəkildə kamin-autdan – Birləşmiş Ştatların işgüzar kölgəsindən çıxdığı haqda bəyan etsin.

Cəmab Putinin açıq və bağlı qapılar arxasındakı görüşləri konkret sazişlərlə başa çatdı. Sazişlər xarici siyasət sahəsində əməkdaşlığın təməlinin qoyulması, həmçinin genişlənmiş qarşılıqlı ticarətə şərait yaradılması və kütləvi yatırım üzrə nəhəng potensialın geçəkləşdirilməsi və texnologiya mübadiləsi yönündə mühüm rol oynayacaq. Rusiya digər ölkələrlə bərabər bu cür açıqlama verməklə Birləşmiş Ştatlar və müttəfiqlərini bu sonsuz potensiala çıxışdan effektli şəkildə məhrum etdi. Gün kimi adındır ki, “inkişaf etməkdə olan” dünya tamamilə yeni bir aləmi təmsil edir. Lakin hələ bu da hamısı deyil… Putinin mətbuat qarşısındakı çıxışından sitat gətirək: “…Şanxay təşkilatı mövcudluğunun 15 ili ərzində ilk dəfədir ki, qurum üzvlərinin sayının artırılması haqda qərar qəbul edib: Hindistanla Pakistanın qəbul prosedurunun başlanması haqda sənədlər imzalanıb. Beləliklə, ŞƏT-in indiki təhdidlərə qarşı çıxmaq imkanları genişlənir, qurumun siyasi və iqtisadi potensialı əsaslı şəkildə yüksələcək”.

Lütfən, bu sözlərə qoyulmuş mənanı tutun. İqtisadi-strateji monetin bir üzündə Birləşmiş Ştatlar və Qərb ölkələrinin getdikcə daha çox parçalanan ittifaqı yerləşir. Digər tərəfdə, ədalətli qiymətləndirmələrə görə, praktik olaraq saya-hesaba gəlməz resurs və potensialı ilə mütərəqqi qrup durur. Hindistan və Pakistan kimi keçmiş qatı düşmənlər öz vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq üçün qarşılıqlı maraqları izləyir. Xüsusən də haçansa ciddi münaqişəyə yaxın olan Hindistanla çinə diqqət yetirsək, bu gün onların məntiqi birləşməsini görürük. üstünlük və sinergiya aydındır, bu gün Quzey Amerika adanı xatırladır, Böyük Britaniya artıq çoxdan keçmiş dəyərini itirib, eyni zamanda AB suyun üzündə qalmaq üçün çabalayır.

Xatırladılan mətləblərin hamısı dolların əsas dünya valyutasından devrilməsinə yönəlik Avrasiya iqtisadi birliyi ilə birlikdə həmvətənlərimi ciddi çətinliklərin gözlədiyinin aşkar əlamətləridir. Dünən hollandiyalı strateq dostum həmçinin Amerika hegemoniyası üçün nəyin ölümcül zərbə ola biləcəyi haqda fərziyyə irəli sürdü. Və təəssüf ki, Holger Ekhof bunda haqlı çıxa bilər. Ekhof Almaniya-ABŞ münasibətləri haqda danışarkən Vaşinqtonun bu yaxınlardakı addımını kəskin şəkildə qınadı: “Almanlar Amerikanı ölkədən atsalar – ki, bunu tam şəkildə edə bilərlər – bu, sondur, Fil. İndi Almaniya ABŞ-dan asılı deyil, əksinə. Bu gün Amerika təcridə düşür və bundan ziyan çəkə bilər”.

ABŞ, Almaniya və BVF-nun xüsusən də Yunanıstanla bağlı münasibətlərindəki inkişafı nəzərə almaqla mən bununla razılaşmağa məcburam. Tamamilə aydındır ki, Yunanıstan referendumunun ardınca Yunanıstanın avrozonadan çıxması xüsusunda gecəyarısı görüş gəldi. Lakin buna görə ki, BVF təcili maliyyələşdirmə proqramına görə Merkeli və almanları saya oturtmaqla hədələsin? Reuters-in bu reportajı Ekhofun qənaətlərini yalnız təsdiq edir. Hər şey indi öz yerini tutur. Putin və BRHçG üçün yeni iqtisadi meydança qurulur, lakin eyni zamanda BVF (ABŞ və Britaniya bankirlərinin dəstəyi ilə) AB və Yunanıstana münasibətdə geostrategiya həyata keçirtməkdən ötrü öz rıçaqların işə salır. Almaniya isə görünməmiş dərəcədə sərt oyuna cəlb edilib. Foreks və fond nizamlayıcıları Yunanıstanda baş verənlə bağlı tariflər vasitəsilə öz milyardlarını qazanmaqla artıq pərdə arxasında ciddi-cəhdlə işləyir. Növbəti sərt qənaət tədbirlərinin xeyrinə səsvermənin nəticələri məlum olan kimi Asiya səhmlərinin kəskin yüksəlişi başlanacaq.

Merkelə qarşı pul xərcləməli olan Frankfurt bankirləri, onu iqtisadi intihara vadar etməyə cəhd edən və heç bir xeyirxah niyyətsiz Amerika (MTA-nın casusluğu haqda tarixçəni yada salın) və sükan arxasında Putinin dayandığı, sahildən aralanan qalan dünya durur.

Ekhofun dünən mənə dediyi kimi, “Əldən buraxılmış bircə gediş kifayətdir ki, Avropa səhnəsində Amerikaya da son qoyulsun”.

O haqlıdır, Putin əməliyyat bazası (iqtisadi və yaxud hərbi) qismində Almaniyasız SSRİ-ni və daha nəyisə yenidən qazana bilər. Kədərlisi budur ki, amerikalıların 99%-i geopolitika haqda heç nə anlamır və ölkə əhalisinin 100%-i əvvəlki kimi hesab edir ki, biz 80-ci illərdəyik. Lakin belə deyil.

Cənab Putin “Россия 1” telekanalının müxbirini sualını cavablandıraraq Amerika və dünya iqtisadiyyatı üçün yaranmış durumun təhlükəliliyinə işarə etdi. Rusiya prezidenti Rusiya və BRHçG-in iqtisadi çətinliklərindən, həmçinin AB ilə Yunanıstanın dolaşıq münasibətlərindən danışıb Amerikanın borcu ilə bağlı durumu şərh etdi: “Birləşmiş Ştatlarda da artım tempi zəifləyib. Bu orada məlum faktdır – borcun səviyyəsi üDM-in səviyyəsini üstələyir. Ehtyatlanıram ki, səhv edərəm, lakin ölkənin üDM-i, məncə, 17,8 trilyon, borcu isə artıq 18, 2 trilyondur. Bu, təkcə Birlşmiş Ştatlar üçün deyil, həm də bütün dünya iqtisadiyyatı üçün ciddi problemdir”.

Amerikalılar (və almanlar) faktın üzünə baxmalı olacaqlar. Qərb demokratlarının əksəriyyəti digər ölkələr tərəfdən öz təmənnalı niyyətləri üçün “istifadə edilib”. Qazlın subsidiyalaşmış qiyməti və dağıdıcı istehlakçılıq, vətəndaşların kötükləşdirilməsi tezliklə fəlakətli nəticələr doğuracaq.

Amerikalılar onilliklər ərzində dünyaın təbii ehtiyatlarından əndazəsiz şəkildə istifadə ediblər. ABŞ-da istəniən ev ekologiya üçün məhvedici plastik zir-zibillə doludur. Köhnəl
miş smartfonlar hazırda uğurlu biznesdir, zibilxanalar ağzınacan doludur. Tükənmiş neft quyularından hasil edilən şistli yanacaq isə bu gün yerüzünün ən böyük dövlətinin cançəkişməsini ancaq gücləndirir.

Quzey Amerika ilə Qərbi Avropa dünya ehtiyatlarının 60%-ini işlədir. Hansı ki eyni zamanda dünyanın bu bölgədən kənardakı yarısı gündə, təxminən, 2 dollara yaşayır. Dərindən fikirləşəndə, sadəcə, möcüzədir ki, inkişaf etyməkdə olan dünya bir belə uzun müddətdə cavab zərbəsi endirməyib.

Bəs cavab nədir? Qərb dövlətləri üçün son oyun hansı olacaq? Bu məqamda sadə cavablar yoxdur. Ağ Evin son administrasiyalarından hansını götürürsən-götür, Amerikanın dünyanı yeni eraya gətirmək şansı, demək olar, məhkum olunub.

BVF-a baxanda, bu Bretton-Vud klubu Almaniyanı vadar etməyə cəhd edir ki, Yunanıstanın xilası üçün daha 90 milyard avro ayırsın. Bu, son nəticədə təkcə bankların funksiyasının dağıdılmasna deyil, həm də “həyati önəmli qabiliyyət”dən onsuz da artıq əzab çəkməkdə olan AB vətəndaşlarının sıxıntısına gətirib çıxardacaq. Almaniyada və digər üzv ölkələrdə potensial kredit sabihbləri, demək olar, tükəniblər, Brüsselin qitəni Rusiyadan müdafiəyə yönəlmiş fond layihələri isə artıq sərt qənaətə və itirilmiş ümidlərə uduzub.

Bu gün üzləşdiyimiz bir çox problemlərini kökünü BVF-nun tarixində, birinci növbədə “Nikson şoku” adlanan hadisədə tapmaq mümkündür. Burada oxucunu darıxdırıcı və gərəksiz tarixi ekskurslardan qurtarmaq üçün demək yetərlidir ki, hazırda kreditorların yaratdığı “kağız pullar”ın fəlakətli sonunun şahidiyk.

Amerika prezidenti dolların kursunu qızıla bağlamaqdan imtina edib dolları effektli şəkildə dəyərsizləşdirərkən “Nikson şoku” baş verdi. II Dünya savaşından sonra qurulmuş BVF sistemi bu gün, əslində, əvvəllər qızıla, gümüşə və yaxud almaz, torpaq kimi qiymətli resurslara yönəlik kurslarla müqayisədə azad üzən valyuta kursuna görə səmərəsizdir. O zaman prezident Nikson Amerika xalqını bu tədbirin sadə nəticəsinin dolların sabitləşməsi olacağına inandırmaq üçün milli televiziya ilə çıxış etdi. Belə də oldu. Düzdür, dolların sabitləşməsi təsəvvür edilən və şişirdilən valyuta olması sayəsində baş tutdu. Yəni dolların dəyəri bəzi bankirlərin görmək istədiyi şəkildə müəyyənləşdi. İndi gördüyümüz kimi, qalan dünya imtina edərsə, bu dünya valyutası, əslində, heç nəyə dəymir.

Vladimir Putinə və Rusiyaya qarşı on səkkiz aydan da çox açıq siyasi və iqtisadi mübarizədən sonra qalibin cizgiləri artıq müəyyənləşir. KİV-in Qərb meynstrimindən (meynstrim – hər hansı istiqamətin üstünlük təşkil etməsi-red.) məruz qaldığı şiddətli təkan, Barak Obamanın və onun vəkil etdiklərinin hər bir addımının cəfəngliyi – bütün bunlar indi aydın işıqda aşkara çıxmış şərəfsiz oyundur.

BVF-nin icraçı direktoru Kristin Laqard keçən il “Forbes” tərəfindən dünyanın beş ən nüfuzlu qadınından biri adlandırıldı. Lakin soruşmaq qalır: “hansı məsəd üçün nüfuzlu?”

çoxları deyəcək ki, BVF Qərb yarımkürəsində hakim bankirlərin aləti rolunda çıxış edir və Amerikanın siyasi manevrləri üçün yarayır. “The Financial Review”-dən Karen Meylinin hesabatı Yunanıstanı xilas etməyin daha da sərsəmliyini aşkarlayır. Lakin bu dəfə Yunanıstanı NATO sıralarında və ən azı, dolayısı ilə Putinin Avrasiya iqtisadi birliyindən kənarda saxlamağa son cəhddir. Qısası, Obama və yeni mühafizəkarlar AB-nin Yunanıstandan imtina edəcəyindən və Avropa cütlüyü ilə hegemoniyanın qəflətən dayanacağından qorxmuşdular. Laqarad bu gün Yunanıstannın bərpasının xilaskarı sayılır (əlahəzrət “The Guardian” belə iddia edir), lakin əslıində, o, Ağ Evin vəziyyətini və Bukinhem sarayını xilas etdi. Merkel bu fövqəlmaliyyələşdirmə fırıldağının bütün sərsəmliyini anlayan yeganə AB lideridir.

Müsbət bərpaedici boşaltma artıq bu gün mümkün olsa da, Obama administrasiyası Amerikaya dönməz ziyan vurmağa nail oldu. Merkelin BVF-nun təklif etdiyi xilas strategiyasına qarşı qəti şəkildə çıxış etməsi faktı bizə ondan xəbər verir ki, Amerika siyasətinin bu bic oğulluğu artıq daha almanlarla dil tapa bilməyəcək. Göründüyü üzrə, amerikalılar və ingilislər artıq bitmiş oyunun sürətlənməsi üçün fransız kartını çəkirlər. Kürəsəlləşmə gəmsi sahidən xeyli illər öncə aralanıb, Amerika indiki halında cəmiyyətsiz sağ qala bilməz. Bu arada bu cəmiyyət artıq neçə illərdir ki, istismar olunur, borclara yüklənib, həmləyə, sanksiyalara və yaraşmayan davranışlara məruz qalır. Əslində isə, Obama və müttəfiqlərinin heç vaxt şansı olmayıb. Yəni rəhbərlik daha yüksək tamaşa seçməyənədək olmayacaq. Əyri cığır və qazanmağın asan yolu – amerikalıların yaxın bir neçə nəsli buna görə bədəl ödəməli olacaq.

Gələn dəfə Asiyanın gerçək sərvətləri və ona nisbətdə Qərbin yoxsul resurslarından, həmçinin Rusiyanın resurslarından bu qədər asılı olan beynəlxalq konqlomeratlardan (müxtəlifliklərin nizamsız yığını-red.) yazacağam.

Fil Batler

“Philip Butler” (ABŞ), 20.07.2015