XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 13:22

ABŞ-ın nüvə tullantıları anbarında sızıntı aşkarlandı – Yeni fəlakət qapıdamı?

ABŞ-ın nüvə tullantılarının basdırdığı anbarda sızıntı yaranıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Marşall adalarında qeydə alınan bu sızıntılar xeyli təhlükəlidir və qarşısı alınmasa ciddi ekoloji fəsadlara yol aça, qlobal istiləşməni daha da tətikləyə bilər.

SSRİ ilə soyuq savaş illərində nüvə istehsalı yarışına girən ABŞ Sakit okeandakı Marşall adalarında 12 il boyunca atom bombalarını sınaqdan keçirmış, geriyə qalan tullantıları isə böyük bir anbarlara toplayaraq, üstünü qübbə şəkilində beton plitələrlə örtmüşdü. Qalınlığı sadəcə 45 sm. olan beton qübbənin təhlükəni sığortalamadığı uzun ildən bəri müzakirə mövzusuna çevrilmişdi. Ekspertlər bu metodla təhlükənin qarşısının alınmadığına, sadəcə, gözdən uzaq tutularaq gizlədildiyinə inanırdılar.

Yerli xalq da hansısa təbii fəlakət nəticəsində anbarın zərər görəcəyindən əndişələrini dilə gətirir, nəticədə Sakit okeanda canlı həyatın təhlükə altına düşəcəyindən çəkinirdilər. Əhalinin və elm adamlarının bu iradlarını qulaq ardına vuran ABŞ indi, deyəsən, bu məsuliyyətsizliyinin ağır nəticələrini dünyaya ödətməli olacaq. 111 min kub metrlik tullantının toplandığı anbarda sızıntının ortaya çıxması dünyanı yeni bir nüvə fəlakəti ilə üz-üzə qoya bilər. Sızıntıdan ən çox Sakit okeanda canlı həyatın və atmosferin zərər görəcəyi ehtimal olunur, qlobal istiləşmənin daha da artacağı bildirilir.

Sözügedən tullantı anbarından “qara xəbərlər”in gəlməsi yeni hadisə deyil. Hələ 5 il bundan əvvəl Kolumbiya universitetinin professoru Maykl Gerrard beton qübbəli nüvə anbarını ziyarət etmiş və orada pluton tulantılarının da basdırıldığının izlərinə rast gəlmişdi. Ziyarətdən sonra verdiyi açıqlamada alim ABŞ və sənayeləşmiş ölkələrin nüvə proqramları nəticəsində dünyanı günəşin zərərli şüalarından qoruyan qaz emissiyalarının yaxın gələcəkdə dənizlərin altında qalacağını deyərək təhlükə siqnalına barmaq basmışdı.

“Guardan” qəzeti də 2013-cü ildə Marşall adalarındakı nüvə anbarındakı potensial təhlükədən bəhs etmişdi. Həmin il ABŞ Energetika Nazirliyi tərəfindən hazırlanaraq qəzetdə yayınlanan hesabatda sözügedən nüvə tullatısı anbarının ətrafında torpaq kirliliyinin təsbit edildiyi etiraf olunurdu.

Heydər Oğuz

Strateq.az