XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 14:27

Qarabağın yeni “yol xəritəsi” – Nazirlərin görüşündə yeni detallar…
Rusiya və Azərbaycan XİN rəhbərlərinin işgüzar görüşü çərçivəsində cümə günü Moskvada ikitərəfli münasibətlərin geniş dairəsi müzakirə olunub.
İlkin məlumatlarda Lavrovun Qarabağ nizamlanması məsələsində irəliləyiş zərurəti haqqında bəyanatlarına xüsusi diqqət yetirilib. Lakin başqa məsələlərə də toxunulub.
Lavrov deyib ki, tərəflər bütün istiqamətlər üzrə – “regional sahədə, BMT, ATƏT-də, Xəzərdə və digər formatlarda” ikitərəfli münasibətləri dərinləşdirmək niyyətlərini ifadə ediblər .
O, qeyd edib ki, əlaqələrin intensivləşdirilməsi “yay tətilindən sonra” başlayacaq – sentyabrda Yekaterinburqda ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək, regionlararası forum keçiriləcək.
“Sentyabrda Rusiya Sverdlovski vilayətində böyük silah və hərbi texnika sərgisi təşkil edəcək. Azərbaycan nümayəndələrini də gözləyirik”, – deyə, Lavrov bildirib.
öz növbəsində, Məmmədyarov “Rusiya və Azərbaycanın ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə mövqelərinin yaxınlaşdırılması“nın əhəmiyyətini qeyd edib.
“Rusiya və Azərbaycanın mövqelərinin siyasi tərəfi çox bənzərdir. Xüsusən, biz Rusiya sayəsində İran nüvə proqramı üzrə saziş imzalamaq yoluna çıxmağın mümkün olmasının müsbət tərəfini qeyd edirik”, – deyə, o, diqqət çəkib.
Rusiya rəhbərliyinə ŞƏT-də Azərbaycana müşahidəçi statusunun verilməsinə görə minnnətdarıq. İranla bağlı belə ciddi qərar əldə olunduqdan sonra Dağlıq Qarabağ mövzusunda tezliklə irəliləyiş əldə etmək üçün yol açılacaq”, -deyə, Məmmədyarov qeyd edib.
Məmmədyarovla danışıqlar başa çatdıqdan sonra Lavrov Ermənistan XİN rəhbərinə zəng edib və onunla da Qarabağ nizamlanmasını müzakirə edib. Detallar barədə məlumat verilmir (Turan).