Türkiyədə – Şanlıurfanın Suruç qəsəbəsində dəhşətli terror hadisəsi baş verib. Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, təsdiqlənməyən ilkin məlumatlara görə, hadisəni 18 yaşlı bir qız həyata keçirib. Qızın İŞİD tərəfdarı olduğundan şübhə edilir.
Hadisə zamanı 28 nəfər ölüb, 100-ə yaxın yaralı var.
Terror hadisəsinin bir etiraz aksiyası zamanı baş verdiyi bildirilir. Sosialist Gənclik Dərnəkləri Federasiyasının Suriyadakı Kobani qəsəbəsi ilə əlaqədar təşkil etdiyi etiraz aksiyasında baş verən terror hadisəsindən kürd separatçılarının faydalanaraq gərginlik yarada biləcəyindən ehtiyat edilir.
Bu ehtimalın ilkin işartıları da artıq ortaya çıxıb. HDP həmsədri Səlahəddin Dəmirtaş hadisənin məsuliyyətini dövlətin daşıdığını bəyan edib və kürdləri təhlükəsizliklərini özlərinin qoruması üçün hərəkətə keçməyə çağırıb. Xatırladaq ki, bundan əvvəl PKK liderlərindən olan Cəmil Bayıq da, təxminən, eyni mahiyyətdə bəyanat vermişdi.
Hadisə anını əks etdirən video-görüntüləri təqdim edirik:
İşte Şanlıurfa Suruçta ki Bombalı Saldırının Patlama Anı [ YENİ ] Videosu 20.07.2015 – YouTube