Türkiyənin Suruç şəhərində terror hadisəsinin baş vermə anını əks etdirən videolar yayınlanıb. Videolardan görünür ki, bomba mitinqin ən qızğın çağında aksiya iştirakçılarının tam ortasında partladılıb.
Yayınlanan görüntülərdən biri də terror aktının bir başqa məqamına aydınlıq gətirib. Bilindiyi kimi, hadisənin intihar terroru olduğu və İŞİD tərəfdarı 18 yaşlı qız tərəfindən törədildiyi sanılırdı. Yeni görüntüdən isə partlamadan 5 dəqiqə əvvəl hicablı olmayan bir qadının nümayişçilərın yanından aralandığı məlum olur. Ekspertlər aksiya iştirakçılarının arasına bombanı bu qadının yerləşdirdiyini güman edirlər.
Videoları Strateq.az oxucularına təqdim edirik:
İşte Şanlıurfa Suruçta ki Bombalı Saldırının Patlama Anı [ YENİ ] Videosu 20.07.2015 – YouTube