ABŞ masanın üzərinə şiə kartını qoydu
İranla “5+1” qrupu arasında bu qədər uzun çəkən nüvə danışıqlarının səmərəli yekunu ilə, obrazlı şəkildə desək, əllərə yeni kartlar paylamağa başlayıblar. Uzun illər əzində səssizcə və yaxud bağlı qapılar arxasında Tehranla təmasda olan Vaşinqton bir güllə ilə bir neçə dovşan vurdu.
İlk zərbə çinlə Rusiyaya dəydi
Əslində, ABŞ Tehranı çinlə Ruisyadan qoparda bildi. Bu iki nəhənglə eyni blokda olan İran hələlik ABŞ-ın tərəfinə keçməsə də, ən azı, artıq bu yöndə hərəkətə başlayıb. Fond bazarı son günlərdə tam üç trilyon dollar itirən çin artıq ziyan çəkir.
Fond bazarındakı önəmli itkilər çinin yeganə problemi deyil. Mərkəzi Asiyadan ticarət yolları salmağa hədəflənmiş Pekin tezliklə aşkarlaya bilər ki, üçtərəfli blokdan ayrılmış İran artıq yeni İpək Yolu layihəsinə maraq göstərir.
İraqdan Yəmənə qədər
Bu blokun başqa bir üzvü – Rusiya da İranı itirmək təhlükəsi ilə üzləşib. Əsəd İran üçün daha “qırımızı xətt” deyil. Tehran Suriya üzrə münasib qərarın axtarışı zamanı danışıqlar masasının dalında öz yerini tutmağı nəzərdə tutur. İran, əslində, bu cür baxış nöqtəsini tutur: “Qoy ABŞ Əsədi götürsün, lakin masa arxasında bizim iştirakımızı təmin etsin”.
Bölgədəki sünni qurumlara görə rahatsız olan ABŞ İranla barışmaq yolu ilə masanın üzərinə şiə kartını qoydu. Mərkəzi Asiyada fəaliyyətini gücləndirən ABŞ indi Mərkəzi Asiyadan tutmuş Yaxın Şərqə qədər şiə təsirindən faydalana bilər. Eyni zamanda şiələr isə İŞİD və “Əl-Qaidə”yə qarşı mübarizədə kömək ola bilərlər.
Əfqanıstan və Pakistanı da yaddan çıxartmayaq. Pakistan İran və Hindistandan sonra şiələrin ən çox yaşadığı yerdir: burada 23,2 milyon şiə (əhalinin 20%-i) yaşayır. Əfqanıstanda da bənzər durumdur: 9,9 milyon sayda sakinin 29%-i şiələrin payına düşür. Bundan başqa, nəzərə alsaq ki, şiələr Azərbaycanın doqquz milyonluq əhalisinin 85%-ini təşkil edir, nəticə çıxartmaq olar ki, ABŞ-ın bölgənin dinamikasına nəzarət etməyi daha asan olacaq.
Neft bazarında yeni oyunçu
Bu proses İran üçün çox böyük önəmə malikdir, qiymətini vermək çətindir. İran neft bazarındakı yeni oyunçu kimi aparıcı neft hasilatçılarının mövqeyini sıxışdıracaq. Bu, labüd şəkildə dünya neft tədarükünün qiymətlərinə təsir edəcək. Böyük həcmdə qara qızılın azad bazara çıxması isə Yaxın Şərq monarxiyalarına və Rusiyaya birbaşa təsir göstərəcək.
Türkiyə danışıqlar masasının arxasında olmalıdır
Səudiyyə Ərəbistanının cavabını çox gözləmək lazım gəlmədi. Britaniya qəzeti “Times” Səudiyyə kəşfiyyatının keçmiş başçısı, şahzadə Bəndər bin Sultanın bu hadisələri tənqid etməyini bu cür şərhlə müşayiət etdi: “Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri ABŞ-ın dəstəyi olmadan İrana qarşı müdaxiləyə hazırdır”.
İranla bağlı hadisələrin Türkiyəyə dəxli olmaya bilməz. Və biz bu danışıqlar masasının arxasında olmalıydıq. İranla ABŞ-ın ən yaxın dövrdə yaxınlaşması bölgəmizə yalnız daha da dərindən təsir edəcək.
Tolga Şardan
“Milliyet” (Türkiyə), 20.07.2015