XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 06:36

Sənayenin qeyri-neft sahələrində nə qədər inkişaf olub? – Açıqlama

senaye_2.jpg

2015-ci ilin birinci yarısında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 13,3 milyard manatlıq məhsul istehsal olunaraq 3,8 faizlik artım qeydə alınıb. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 14,1 faiz, neft-qaz sektorunda isə 0,7 faiz üstələyib.

Strateq.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, sənaye məhsulunun 63,3 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 20,9 milyon ton neft, 10,2 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,7 faizini təşkil etmiş qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya sənayesi məhsullarının, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
ümumi sənaye istehsalının 88,2 faizi malların (əmtəələrin), 11,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 77,0 faizi özəl bölmədə istehsal olunub.

Strateq.az