İŞİD Əfqanıstanın 25 vilayətinə nəzarət edir
Bjezinskinin 1978-ci ildə cızdığı Balkanlardan Mərkəz Asiyaya qədərki “sabitsizlik qövsü” birbaşa Rusiya və çin sərhədinin yaxınlığında etnik və dini gərginlik doğurmağa can atır. Bu məqsədlə Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyadan, həmçinin Hind okeanına bitişik ərazilərdən istifadə edilir.
ABŞ hərbi kəşfiyyat xidməti 2012-ci ildən öz planlarını gerçəkləşdirmək üçün strateji silah kimi “sərhədsiz cihadçılığa” güvənir.
SSRİ, Əfqanıstan, Suriya, İraq və Liviya dağılandan sonra Vaşinqton İŞİD-lə əlbirlik sayəsində Mərkəzi Asiya və İranla Hindistanın həmsərhəd bölgələri üzərində nəzarəti ələ keçirtmək üçün Əfqanıstana – dünyada ən vacib strateji dövlətə qayıtmağa cəhd edir. ABŞ bu bölgəni Rusiya və çinin “arxa bağçası” kimi qavrayır.
ABŞ qarşıya qoyulmuş məqsədə çatmaq üçün alət qismində terrorizm, ekstemizm və separatizmdən faydalanır. Etnik və tayfa əlaqələrinə söykənən bölgə dövlətlərinin zəifliyindən istifadə etməklə, Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, İŞİD Əfqanıstanın quzey bölgələri də daxil olmaqla 35 vilayətdən 25-ə nəzarət edir.
Mərkəzi Asiyanı tutmağa üçüncü cəhd
Pentaqonun 1978-ci ildə Əfqanıstanda yaratdığı “beynəlxalq cihad” Əfqanıstan, Pakistan, özbəkistan, çeçenistan, Tacikistan və ərəb ölkələrindən çıxmış lümpen-proletariata istiqamətlənib. Sovet qoşunlarının Əfqanıstana müdaxiləsi zamanı bu strateji bölgənin ABŞ, onun avropalı və ərəb tərəfdaşları tərəfindən tutulmasına cəhd edilmişdi. İflasa uğramış ikinci cəhd 2001-ci ildə ABŞ-da 11 sentyabr faciəsindən sonra baş tutdu. Vaşinqton bu gün barış və uyumluluq içində yaşadığı taliblərə qarşı o zaman müharibə elan etdi. Co Bayden etiraf edir: “Taliblər bizim düşmənimiz deyil”.
İŞİD – çoxmillətli, NATO-nun Mərkəzi Asiyanı nəzarətə götürməyə üçüncü cəhdində əsas fəal oyunçu kimi çıxış edən dini qrupdur. Taliban ikinci plana keçib, çünki ancaq puştunların maraqlarını təmsil edir, Tacikistanda və özbəkistanda başqa tayfaların rəğbətini qazana bilməz. Bu iki dövlət Mərkəzi Asiyada ən qeyri-sabit dövlətlərdir və Pentaqonun planları birinci növbədə məhz onlara qarşı yönəlib.
üstəlik, Pakistanın İdarələrarası kəşfiyyatı (İSİ) – taliblərin “xaç atası” hazırda İŞİD-ə muzdluların cəlb edilməsi ilə məşğul olur və beləliklə, bu beynəlxalq terror qurumunu vəhşi cinayətlərə təşviq edir.
Mərkəzi Asiyada “idarəolunan xaos”un hədəfi
Əməliyyatların planlaşdırılması və yönəldilməsinə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı Mərkəz Asiyada müharibə halında sıradakı vəzifələri həll edəcək:
– ABŞ müdafiə naziri Eşton Ketrinin dəfələrlə bildirdiyi kimi, “bölgədə durumun mürəkkəbləşməsi” bəhanəsilə Amerika qoşunlarının Əfqanıstandan çıxardılmasını qeyri-müəyyən müddətə keçirmək;
– İŞİD muzdlularını Pentaqonun “qırğın materialı”na çevirmək; Onun fəaliyyətinin gerçəkləşməsində özünü maliyyəlşdirmək üçün İŞİD-ə mis, mirvari, rubin, nadir metallar, həmçinin tiryək alveri şəraiti yaratmaq vəzifəsi qoyulur.
– Qeyri-sabit duruma görə çini Əfqanıstanda faydalı qazıntılar aparmaqdan imtinaya məcbur etmək. Eyni zamanda çindən azad olmağa can atan uyğur separatçılarının ifrat sağ təşkilatının fəaliyyətini təşviq etmək. Pekin etiqad azadlığına sayğı göstərməklə həm də millətçi və separatçı əhvali-ruhiyyənin istənilən təzahürünə qarşı amansız şəkildə çıxış edir və hətta onu tənqid edənlərə qarşı qüvvə tətbiq edir. çin liderləri Türkiyəni uyğur separatçılarına üçüncü dövlətdə, məsələn, Tailandda pasport təqdim etməkdə və onların sonradan İŞİD sıralarında görünməsinə görə ittiham edirlər.
– Türkmənistan, özbəkistan, Qazaxıstan və çin ərazisindən uzanan dünyanın ən uzun qaz kəmərini sıradan çıxartmaq;
– Rusiyanı Şərqi Avropa (Ukrayna), Qafqaz və Mərkəzi Asiyada baş verən münaqişələrə cəlb etmək;
– Bölgədə əsas su qaynağı olan Tacikistanın su resurslarını nəzarətə götürmək;
– Ən sıx əhalisi və məhsuldar torpaqlarla zəngin olan Fərqanə vadisində taciklər, qırğızlar və özbəklər arasında milli ədavəti qızışdırmaq;
– Silah satışı həyata keçirmək; Tükmənistan hökuməti ABŞ-dan hərbi texnika almaq imkanı əldə etmək üçün neytrallıqdan imtina edir. özbəkistan ABŞ-dan 200 zirehli maşın almaq niyyətindədir. Moskva isə öz növbəsində Rusiya hərbi bazasının Tacikistanda qalması üçün Düşənbəyə 1,23 milyard dollar həcmində hərbi yardım edib.
– İranın çevrəsində hərbi gərginlik ocaqları yaratmaq; Bu, təkcə ona görə edilmir ki, Vaşinqtonun müttəfiqləri -Səudiyyə Ərəbistanı, İsrail və Türkiyə ilə münasibətlərdəki gərginlik azaldılsın, həm də ona görədir ki, uyğun saziş imzalanandan sonra İranla sövdələmənin yerinə yetirilməsinə əngəl yaradılsın. Ağ Ev buna can atır ki, “Domokl qılıncı” həmişə Tehranın başının üstündə asılı qalsın.
Vaşinqton dünyada ən böyük karhohidrogen ehtiyatlarına sahib olan İranın BRHçG-ə və yaxud Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belorusun üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmasına imkan verəcəkmi? Bəs Moskva necə hərəkət edəcək? İrana imkan verərmi ki, Rusiyanı dünyanın qaz bazarından sıxışdırsın?
– BRHçG-ə daxil olan Hindistana təzyiq etmək; Hindistanda otuz milyonluq müsəlman icması, millətçi induist qruplar, elə lap baş nazir Modinin özünə də söykənməklə kütləvi iğtişaşlar törətmək fürsəti həmişə saxlanır.
Bu sərsəmliyin qabağını kimsə almasa, onda çin, Rusiya, Hindistan və İranın cəlb edilə biləcəyi müharibənin miqyasları tamamilə gözlənilməz ola bilər.
Nazanin Armanian
“Publico.es” (İspaniya), 21.07.2015