XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 00:24

Rayon və yük maşınları ilə bağlı yeni qərar – QADAĞA
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtda nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması ilə bağlı yeni tədbirlərı açıqlayıb.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, icazə verilən maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin, habelə ayrı-ayrı regionlarda qeydiyyatında olan minik avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq ediləcək.
Minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, məhdudiyyətlər tətbiq ediləcək avtomobillərin paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılması, sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması təmin olunacaq.
Tədbirlər planına əsasən, paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi duracaqların, yerüstü piyada keçidlərinin yaradılması həyata keçiriləcək.
APA