Türkiyədə 32 nəfərin ölümü, 100-ə qədər adamın yaralanmasıyla nəticələnən Suruç terroru ilə bağlı xeyli maraqlı iddialar ortaya atıldı. Türk mətbuatına istinad edən Strateq.az bildirdirir ki, mitinqçilər arasına bombanın RKK mənsubları tərəfindən qoyulduğu məlum olub. İddianı ortaya atan mətbu orqanlar mənbə olaraq adı gizli saxlanılan 18 yaşlı PKK etirafçısının jandarmaya verdiyi ifadəyə əsaslanırlar. Etirafçı ifadəsində bildirib ki, mitinqdən 2 gün əvvəl içərisində bomba olan çamadan Osman adlı PKK silahlısı tərəfindən terroristə verilib. Həmin terrorist mitinqin nəzarətçilərindən olub.