XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 06:40

PKK-çı etiraf etdi – “Bombanı mən partlatdım”

Jandarmaya təslim olan bir terrorçu son parlament seçkiləri öncəsində HDP-nin Diyarbakır mitinqində bombanın PKK tərəfindən partladıldığını etiraf edib.

Strateq.az bildirir ki, bu haqda Karar.com internet saytı xəbər yayıb. Xəbərə görə, D. B. kod adlı etirafçı jandarmaya bu cür ifadə verib: “Bombanın HDP-nin Diyarbəkirdəki mitinqində mən partlatmışam. Bombanı mənə verənlər bunu tələb etmişdilər. Tapşırığı yerinə yetirdiksən sonra Rojin adlı qadın sevindi. “Seçkilər artıq qarantiya altına alındı, bizim işimiz asanlaşdı”, – dedi”.

Qeyd edək ki, seçkidən 2 gün əvvəl – 5 iyun tarixində HDP-nin Diyarbakır mitinqində meydana gələn partlamada 4 nəfər həyatını itirmiş, 200-dən çox adam yaralanmışdı. Partlayışdan sonra HDP iqtidarı günahlandırmış və suçluların tutulmasını istəmişdi.