XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2015 - 08:34

Neftin qiymətinin düşməsi Rusiyanı çökdürür

2014-cü ilin martında Krımı ilhaq etdikdən sonra Rusiya böyük ölkələrin sanksiyaları və ucuzlaşan neft qiymətləri ilə qarşılaşdı. Rus xalqına təskinlik verən Putin iqtisadi böhranı aşa bilmək üçün yalnız 2 ilə ehtiyaclarının olduğunu demişdi. Vəd edilən 2-ci il yaxınlaşır. Rusiyanın vəziyyəti isə düzələnə oxşamır.

Son günlər neft qiymətlərində ucuzlaşma rus iqtisadiyyatının çöküş prosesinin gələ nildə də davam edəcəyi ehtimalını artırır. Bu isə Rusiya iqtisadiyyatda 20 ilin ən uzun geriləmə dövrünün yaşanacağı deməkdir.

ING Bankın təxminlərinə görə, ölkə büdcəsində yaranacaq açıqları doldurmaq üçün bir barel neftin qiyməti, ən azı, 80 dollar olmalıdır. Rusiya Mərkəz bankı isə bu təxminləri qəbul etmir. Bank yetkililəri neft qiymətlərinin 60 dollar səviyyəsində davam edərsə, Rusiyanın 2016-ci ildən etibarən, daha 2 il iqtisadi böhrana sinə gərə biləcəyini söyləyirlər.

Amma neftin qiymət 60 dollar deyil və getdikcə sürətlə aşağı düşür. Artıq bareli 56 dollara qədər enən “qara qızıl” rus iqtisadçılarının ümidini doğrultmaya bilər. Necə ki, ING iqtisadçısı Dmitri Polevoy Rusiyanın iqtisadi durumu barədə Mərkəzi Bankın nikbinliyini paylaşmır. Ekspertin fikrincə, “Neftin qiyməti 50 dollara enərsə, Rusiya iqtisadiyyatı gələcək ildə daha da geriləyəcək. Rəsmi Moskva büdcə xərclərini azaltmalı, hərbi layihələrini təxirə salmalı və neft fondunun ehtiyat hissələrindən istifadə etməli olacaq.”

Heydər

Strateq.az