XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 İyul 2015 - 12:48

Gürcüstanda “elektrik etirazları” başlaya bilər – Elektrik enerjisinin qiyməti qalxdı

gurcustan_12.jpg

Gürcüstanda Energetika və su ilə təchizatın tənzimlənməsi üzrə Milli Komissiya avqustun 1-dən etibarən ölkədə elektrik enerjisinə olan istehlakçı qiymətinin 3.95 tetri (ƏDV daxil olmaqla) qaldırılması barədə qərar qəbul edib.

Strateq.az bildirir ki, qiymət artımı “Enerqo-PRO Djordjiya” şirkətinin müştərilərini əhatə edəcək. Yeni tarif bu ilin sonuna qədər qüvvədə olacaq.

çexiyanın “Enerqo-PRO Djordjiya” şirkətinin müraciəti əsasında hökumət 24 apreldən bu məsələnin müzakirəsinə başlamışdı.

Energetika naziri Kaxi Kaladze isə hökumətin əhalinin aztəminatlı hissəsinə elektrik enerjisinin qiymətinn qalxması ilə bağlı subsidiya ayıracağını vəd edib.

Gürcüstan KİV-i qeyd edir ki, bu addım gözlənilməz olmayıb. Milli valyutanın ABŞ dollarına nisbətdə yanvardan bu yana 23 faiz ucuzlaşması, hökuməti çətin vəziyyətə qoyub.

“Enerqo-PRO Djordjiya” şirkətinin rəsmiləri elektrik enerjisinin qiymətinin 4-5 lari artırılmasını təklif ediblər. Şirkət rəsmiləri idda edirdilər ki, elektrik nerjisi istehsalının maya dəyəri yüksəlib. Bu halda şirkət 10 milyonlarla itirir və ziyanla işləməyə başlayıb. Yerli ekspertlərin hesablamalarına görə, əhalinin 76 faizi elektrik enerjisi haqqını yeni qiymətlə ödəməli olacaq.

Hökumət isə əhalini sakitləşdirməyə çağırir. Siyasi analitiklər bu addımın sosial narazılığın artacağını, etiraz aksiyalarına təkan verəcəyi ehtimalının yükək olduğuna diqqət çəkirlər.

Keçmiş iqtidar partiyası – Vahid Milli Hərakat Partiyası isə payızda mitinqlərə start veriləcəyini açıqlayıb.

Partiyanın deputatı Nuqzar çikuları “Axali Taoba” qəzetinə müsahibəsində bildirib ki, artıq sosial problemlər, ölkənin xarici siyasəti ilə bağlı problemlər kritik həddə çatıb və insanlar öz etirazlarını bildirmək istəyirlər.

Yeni qiymət artımı ilə Gürcüstanda elektrik enerjisinin qiyməti 1 kv/saat üçün 1 laridən çox olacaq.

Strateq.az