XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 16:24

Türk analitik: “Çin bizi bədəl ödəməyə məcbur edəcək” – Təhlil

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çinə rəsmi səfərinin məqsədi beynəlxalq dövlət kimi onun ölkəsinin maraqlarının Qərb müttəfiqləri ilə əməkdaşlıqdan xeyli uzaqlara yayıldığını sərgiləməkdir. Lakin Ankaranın çXR-in uyğur müsəlman azlığına dəstəyi Türkiyə-çin münasibətlərini korlaya bilər.

NATO üzvü olan Türkiyə 2012-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) – təhlükəsizlik sahəsində çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və özbəkistanı birləşdirən strukturun “dialoq üzrə tərəfdaşı” oldu. Türkiyənin ŞƏT-ə üzv ölkələrin hamısı ilə münasibətləri dərinləşir. Ərdoğan ŞƏT-i Avropa Birliyinə potensial alternativ kimi qiymətləndirir. ŞƏT-in iqtisadi tərkibi cüzidir, lakin çinlə Rusiya Türkiyənin bu bloka marağını əvvəldən hərarətlə salamladı. Türkiyə 2013-cü ildə çin şirkətini 3,4 milyard dollar dəyərində raketlərin tədarükçüsü qismində seçdi, lakin müqavilə hələ də bağlanmayıb. çXR XİN-in hansısa yürksəkrütbəli məmuru həmin il türk nəşri Today’s Zaman-a xəbər verdi ki, üzv dövlətlər təşkilatın genişlənməsi haqda qərar qəbul edən kimi ŞƏT Türkiyənin üzvlük məsələsini nəzərdən keçirəcək.

Daxil olmaq haqda iyulun 10-da Hindistan və Pakistana edilən təkliflər göstərir ki, qurum genişlənməyə başlayıb. Lakin Türkiyənin üzvlük məsələsində çinin həvəsdən düşüb-düşmədiyi hələlik aydın deyil. çin-Türkiyə münasibətlərinin mürəkkəbləşməsində önəmli qaynaq çXR-in qərbindəki uyğur separatizmidir.

Son zamanlar türk KİV-də peyda olan təsdiqlənməmiş məlumatlarda iddia olunur ki, müqəddəs Ramazan ayında çində uyğurlara oruc tutmaq qadağan olunub, həmçinin onları alkoqol içməyə məcbur edirlər. Bu məlumatlar uyğurları qardaş türk xalqı hesab edən türk islamçılarında və millətçilərdə narazılıq doğurdu.

İyulda İstanbulun mərkəzində çin restoranı qarət olundu. Düzdür, taleuyin kinayəsi ilə bu zaman müəssisənin burada olan yeganə işçisi etnik uyğur idi.

Türkiyənin paytaxtı Ankarada qəzəblənmiş kütlə çin turistlərinə, həmçinin çinli bildiyi Güney koreyalı qonaqların üzərinə hücum etdi. Cavabında çin öz vətəndaşlarına Türkiyəyə getməkdən çəkinməyi tövsiyə etdi. Prezident Ərdoğanın çXR səfərinin iyulun 28-ə planlaşdırıldığı nəzərə alınsa, bu hadisələr olduqca yersiz şəkildə baş verib.

Tükiyənin keçmiş səfiri, hazırda isə Türkiyə-Asiya strateji araşdırmalar mərkəzinin sədr müavini Murad Bilhan bildirir: “Bu, hadisələrin olduqca xoşagəlməz inkişafıdır və çin hər şeyə görə bizi yüksək bədəl ödəməyə məcbur edəcək”.

Bilhanın proqnozlarına görə, Ərdoğan vaxtının çoxunu türk xarici siyasətinin əsas hədəflərindən birinə – çin və Mərkəzi Asiya ilə əlaqələrin inkişafına həsr etmək əvəzinə barışığa sərf etməli olacaq. Qarşılıqlı faydalı ticarət Pekinlə əvvəlki, o cümlədən 2009-cu ildə Ərdoğanın çXR-in uyğurlara mübasibətdə siyasətini qınayan ictimai çıxışından sonrakı fikir ayrılıqlarını qaydaya salmağa imkan vermişdi.

çin bu ilin mayında Almaniya və Rusiyanın mövqelərini sıxışdırıb Tükiyəyə əsas idxal tədarükçüsü oldu. Əldə olan son məlumatlara görə, 2014-cü ildəkli duruma əsasən çin həmçinin türk mallarının 20 əsas idxalçısı sırasında yer alır. 2012-ci ildə Ankara və Pekin ticarət dövriyyəsini 2020-ci ilədək beş dəfə artırıb 100 milyard dollara çatdırmaq razılığı əldə etdi.

Hər şeyə baxanda Türkiyə prezidenti buna görə Pekinlə özünü son dərəcə nəzakətlə aparmaq niyətindədir. O, bu yaxınlarda çin vətəndaşlarına hücumu ittham etdi, hətta eyham vurdu ki, bu, onun özünə qarşı əlbirliyin tərkib hissəsi ola bilər.

Xarici siyasət məsələləri üzrə mütəxəssis və İstanbul “Edam” analitk mərkəzinin rəhbəri Sinan ülgen ehtimal edir ki, “Ramazan başa çatandan sonra iki ölkənin hökumətləri, güman ki, bu epizodu unutmağa şad olacaq”.

Türkiyədə Ramazan iyulun 16-da başa çatdı, lakin çinlə barışıq qəliz məsələ ola bilər. Pekin Ankaranın uyğurlara dəstəyini Suriyadakı İŞİD yaraqlılarına dəstəklə əlaqələndirir. “Financial Times“-ın məlumatına görə, çinin güc strukturları bu yaxınlarda türk diplomatlarını uyğurlara “saxra pasportlar” verməkdə ittiham etdi. Guya uyğurlar sonra bu pasportları Suriyadakı döyüşlərə qatılmaq üçün cihadçı qruplara “satırlar”.

Türkiyə XİN-in mətbuat katibi Tanju Bilgic iyulun 16-da bu açıqlamaları “gülünc” adlandırdı, lakin çinin və Avrsiyanın başqa ölkələrinin əndişə üçü əsasları var.

Mərkəzi Asiya və Qafqazın hər yerindən müsəlmanlar Türkiyədən tranzit ölkə qismində istifadə etməklə Suriyadakı cihadçılara birləşirlər. Avrasiya dövlətlərinin əksəriyyətində rəsmilər döyüşlərdə bərkimiş yaraqlıların evə mümkün qayıdışından rahatsızdırlar.

Bilhan qeyd edir ki, bəzi uyğurlar tərəfindən Pekinə sozalan müqaviməti nəzərə almaqla çin hökuməti “Suriyaya magistral” qismində Türkiyənin roluna şübhə ilə yanaşır: “Türkiyə-çin münasibətlərinin qarşılıqlı inama söykənməməsinin əsas səbəblərindən biri budur”.

Türk təhlükəsizlik qüvvələri İŞİD-lə bağlı istənilən fəaliyyətə görə misli görünməmiş kampaniyaya başlayıb. Məsələn, ötən həftə tuthatut çərçivəsində ölkənin güneyindəki Qaziantəp şəhərində 45 nəfər, o cümlədən 25 tacik həbs olunub.

Lakin Türkiyənin ŞƏT-ə girmək şanslarına başqa amillər də təsir edə bilər. Hələlik respublikanın ŞƏT-ə üzvlüyünə ancaq Ərdoğan və baş nazir Əhməd Davudoğlu maraq göstərir. Lakin ötən ay keçirilmiş seçkilərin nəticələrinə görə hakim Ədalət və İnkişaf partiyası (ƏİP) parlamentdə çoxluqdan məhrum oldu. Partiyanın daxilində bu fonda ölkənin xarici siyasətini yenidən nəzərdən keçirtmək çağırışları səslənməyə başladı. Keçmiş prezident, ƏİP-in təsisçilərindən biri Abdulla Gül “daha realist yanaşma” sərgiləməyin vacibliyini qeyd etdi. çoxları qərbli müttəfiqlər və AB ilə münasibətlərin bərpasına çağırır. Bəzi analitiklərin proqnozlarına görə, ƏİP Türkiyənin ənənəvi qərbyönlü inkişafının tərəfdarı olan CXP ilə koalisiyaya girsə, ŞƏT-ə üzvlük də daxil olmaqla Ərdoğanın şərq körpülərinin sonu çata bilər.

İstanbul Kadır Has universitetinin beynəlxalq məsələlər üzrə eksperti Soli özəl deyir: “ŞƏT öz yoluyla gedir və yeni üzvlər qəbul edir. Lakin eşitməmişəm ki, onlar Türkiyəni dəvət etsinlər. Bütün bunlar əsassız xülya idi”.

Dorian Cons

“EurasiaNet” (ABŞ), 23.07.2015