XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 20:37

Rusiya Böyük Mason Lojasının rəhbəri Dağlıq Qarabağa qeyri-qanuni səfər edib – FOTOLAR

boqdanov qarabaq.jpg

Rusiya Böyük Mason Lojasının rəhbəri Andrey Boqdanov qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə – Dağlıq Qarabağa səfər edib.

Strateq.az bildirir ki, Ermənistanda olan A. Boqdanov Mason təşkilatının üzvləri ilə birgə qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edib. Daha sonra Boqdanov Yerevandan Dağlıq Qarabağa gedib. Bir neçə gün orada gəzib-dolaşan mason lideri Xankəndi və digər yerlərdə çəkdiyi fotoları internetdə paylaşıb.

Şəklə rəy yazan rus istifadəçilərin “Azərbaycanın sizi “qara siyahı”ya salacağından qorxmursunuz?” sualına Boqdanovun cavabı qəribə olub. Masonların rəhbəri deyib ki, o, Dağlıq Qarabağa uşaqlarının ulu babasının məzarını ziyarət etmək üçün gəlib. “Mən burada heç bir siyasi post tutan şəxslə görüşməmişəm”, – deyə Boqdanov yazıb.

Xatırladaq ki, A. Boqdanov bir neçə dəfə Bakıda olub. Sonuncu dəfə o, Böyük Azərbaycan Lojasının iyun ayında Bakıda keçirilən toplantısında iştirak edib.

mason baku.jpg

26 iyun 2015-ci ildə Bakıda, “Hilton” oteldə keçirilmiş toplantıdan foto

Azərbaycan XİN Dağlıq Qarabağa icazəsiz səfər edən şəxsləri özünün tərtib etdiyi “qara siyahıya” daxil edərək onlara Bakıya gəlməyi qadağan edir. Sonuncu belə qadağa ilə rusiyalı milyonçu Streliqov üzləşib. Hazırda onun barəsində cinayət işi açılıb.

Qeyd edək ki, 2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasında Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.

Strateq.az

boqdanov 02.jpg

boqdanov stepanaket02.jpg

boqdanov genosid.jpg

qarabaq01.jpg

qarabaq02.jpg

qarabaq03.jpg