XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyul 2015 - 11:11

İŞİD Qərb ölkələrinə böyük hücuma hazırlaşır- 700 kamikadze

Suriya və İraqda ard-arda məğlubiyyətlərlə qarşılaşan İŞİD-in üzvləri arasında yaranan ruh düşgünlüyünü aradan qaldırmaq üçün 700 canlı bombanı hərəkətə keçirməyə hazırlaşdığı bildirlir.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, artıq bu məqsədlə 120 terrorçu “əməliyyat” yerlərinə göndərilib. Digərlərinin isə bu ilin axırına qədər “iş başına” göndəriləcəyi gözlənilir.

“Əməliyyat” nöqtələrinin əsasən ABŞ, Kanada, Avropa ölkələri, Rusiya və Türkiyə ərazilərindən seçildiyi qeyd edilən xəbərdə qanlı hadisələrin Mosuldan idarə olunacağı bildirilir. Məlumata görə, Mosuldakı mərkəzdən “əməliyyat”lara “start” əmrini verəcək idarə heyəti 9 nəfərdən ibarətdir və onların 3-ü çeçen əsillidir.

Əsasən Qərb ölkələrində böyükhəcmli terror hadisələri törətmək istəyən İŞİD-in məqsədlərindən biri də özünə qarşı vuruşan dövlətlərin vətəndaşları arasında xof yaratmaq və əsgərlərini geri çəkilməyə məcbur etməkdir.