XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 17:32

“Türkiyəni Suriyadakı əməliyyatları Əsədlə razılaşdırmağa çağırırıq” –Rusiyadan Türkiyəyə çağırış

Zaxarova

Rusiya Türkiyəni Suriyada keçirdiyi hərbi əməliyyatları Bəşər Əsəd hökuməti ilə razılaşdırmağa, bu ölkədə müxalif və etnik qruplara zərbə endirməkdən yayınmağa çağırıb.

 Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Suveren dövlətin ərazisində keçirilən hər hansı bir hərbi əməliyyatı həmin ölkənin hökuməti ilə razılaşdırmaq lazımdır. Ankaranı müxalif qüvvələrin və Suriya kürdləri də daxil olmaqla, etnik qrupların dislokasiya olunduğu yerlərə zərbə endirməkdən yayınmağa çağırırıq”, – deyə Rusiya XİN sözçüsü qeyd edib. (APA)