Ordumuz cəbhə xəttində strateji yüksəklik ələ keçirib – İrəli, Azərbaycan əsgəri!
Azərbaycan və Ermənistan qoşunlarının Gədəbəy rayonu ərazisindəki təmas xəttində döyüşlər gedir.
Strateq.az bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Ermənistan ordusunun hücumunu dəf edən Azərbaycan Ordusunun hissələri irəliləyərək, təmas xəttindəki yüksəkliklərdən birini ələ keçiriblər.
Düşmən tərəfdən ölən və yaralananlar var.
Azərbaycan Ordusunun da bir şəhid verdiyi bildirilir. Amma bu məlumat rəsmən təsdiqlənməyib.
Haqqin.az saytının məlumatına görəsə, Müdafiə Nazirliyindəki mənbələr cəbhə xəttinin bu istiqamətində sərt döyüşlərin getdiyi barədə xəbərləri təsdiqləyiblər.