Dünya bazarında neftin ucuzlaşması prosesi davam edir.
Strateq.az xəbər verir ki, dünən bu saatlarda 55.4 dollar olan bir barel “Brend” markalı neft indi 54.6 dollar satılır. Bu gün yeni başlamasına baxmayaraq, qiymətin 54.31 dollara qədər endiyi qeydə alınıb. Ekspertlər kiçik dalğalanmalarla gedən ucuzlaşmanın gün ərzində daha aşağı qiymətlərə düşəcəyini güman edirlər.
Hər gün, demək olar ki, 1 dollar ucuzlaşan qiymətlərin kritik həddi 50 dollardır. Neft 50 dollara enərsə, Rusiyada və ardınca da Azərbaycanda yenidən devalvasiyanın baş verəcəyindən çəkinilir.
Heydər