XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 İyul 2015 - 08:24

İddia: “Yeni hökumət qurulmasına Ərdoğan mane olur”

“Sarayda oturanla baş nazirlik postunda oturanın hədəfləri, məqsədləri fərqlidir. Bir-birilərinə uyğun gəlmir. Baş nazirin əli və qolu bağlanıb. Qarşıdurma mühiti yaranmasın deyə, o, məcburən arzulamadığı tövrü sərgiləyir”.

Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Qılıcdaroğlu belə deyib. Strateq.az-ın bildirdiyinə görə,”Hürriyet” qəzetinə verdiyi açıqlmasında AKP-CHP koalisiyası ehtimalına aydınlıq gətirən Qılıcdaroğlu əslində hər iki partiyanın ittifaq qurmaqda maraqlı olduğuna, lakin Ərdoğanın buna maneçilik törətdiyinə eyham vuraraq deyib:

“Biz aydın bir şəkildə koalisiyaya “bəli” dedik. Bizim cəbhəmizə hər şey gün kimi aydındır. Heç bir problem yoxdur. Koalisiya qurarlarmı, qurmazlarmı – onların işidir. Heç kimi buna məcbur edə bilmərik. Bəlkə koalisiyaya hazır deyillər; bunu da anlayışla qarşılayırıq. Əhməd Davutoğluna qalsa, hökuməti qurma məsələsində daha qərarlı, daha tutarlı nəticə alınar deyə, düşünürəm”.

Qılıcdaroğlu Ərdoğanın niyə koalisiyaya qarşı olduğuna da aydınlıq gətirib. Onun fikrincə, Türkiyə prezidenti təkrar parlament seçkilərində HDP-nin xeyli səs itirəcəyinə, nəticədə bunun AKP-nin lehinə işləyəcəyinə ümid edir:

Son günlərdə yaşananlar sayəsində HDP-nin səs itirəcəyi, AKP-nin milliyyətçi kəsimin rəğbətini qazanacağı, buna görə də prezidentin təkrar seçkiyə gedəcəyi və AKP-nin təkbaşına iqtidar olacağı ssenarisi gündəmə gətirilib. Heç kimsə bunu unutmasın – öz iqtidarlarını bu gözləntilər üzərində quranların hakimiyyəti uzun sürməz. Konfliktləri arzuladığın zaman bitirmək, arzuladığın zamansa başlatmaq kimi bir alternativ ola bilməz. Sizin ya bölgədən xəbəriniz yoxdur, ya da hadisənin böyüklüyünü və dərinliyini qavraya bilmirsiniz. Və ya Türkiyəni, ümumiyyətlə, siz idarə etmirsiniz”.

Heydər

Strateq.az