XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2015 - 07:08

Davudoğlu Türkiyənin niyyətini açıqladı- Ordu Suriyaya girməyəcək

davudoqlu.jpg

Türkiyənin Suriya ərazisində İŞİD yaraqlılarına qarşı hərbi əməliyyatlarının perspektivi və məqsədi ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Artıq dünyanın nüfuzlu nəşrləri Ankaranın Suriya ərazisinə qoşun yeritməyə hazırlaşması və NATO ilə bu barədə məsləhətləşmələr aparıldığı barədə məlumatlar yayırlar. Bununla belə bir çox ekspertlər israrla Türkiyənin təkbaşına Suriyaya girməyəcəyini vurğulayırlar.

Dünən Türkiyənin baş naziri Əhməd Dadudoğlu bu suallara aydınlıq gətirib. Türkiyənin nüfuzlu qəzetlərinin baş redaktorları ilə görüşən Ə.Davudoğlu bildirib ki, Ankara Suriyaya qoşun yeritməyəcək.

O, ABŞ ilə İŞİD-ə qarşı birgə mübarizə barədə razılaşmanın da detallarını açıqlayıb. Onun sözlərinə görə, Ankara ilə Vaşinqtonun İŞİD-ə qarşı vuruşan müxalifət qüvvələrinin hava hücumları ilə müdafiə olunması barədə analaşdığını qeyd edib.

Ə.Davudoğlu Suriya kürdlərinin və PYD-nin Türkiyəni rahatsız etməyəcəyi, Bəşər Əsəd hökuməti ilə bütün əlaqələrini kəsdiyi və müxalifət qüvvələri əməkdaşlıq etdiyi halda yeni Suriyada yer ala biləcəyini söyləyib.

Bu arada Ankara ölkədə İŞİD-ə qarşı sərt tədbirlərə start verib. Bu gün səhər saatalrında Ankarada Altındağ İlçesinə bağlı İsmetpaşa və Hacı Bayram bölgəsində əməliyyat keçirilib. Əməliyyatda çevik polis, mütəşəkkül cinayətkarlığa qarşı və narkotiklərlə mübarizə idarəsi əməkdaşları iştirak ediblər. Əməliyyat zamanı 15 nəfər həbs olunub.

Strateq.az