XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2015 - 08:47

ABŞ kosmosda rus mühərriklərindən asılı vəziyyətə düşüb – Təhlil

ABŞ-ın bütün hərbi əməliyyatlarının icrası kosmosdan asılıdır

Amerika və Avropa sanksiyaları Rusiya prezidenti Vladimir Putini, demək olar, pulsuz qoyub. Bununla belə, bu yay onun əlcəyində heç də ucuz olmayan bir fokus hazırlanıb. Son məlumatlara görə, Ukrayna sərhədinə 50 min rusiyalı əsgər cəmlənib, tank və top da daxil olmaqla ağır texnika gətirilir. Ola bilsin, Ukraynanın yeni ərazsinin işğalını gözləmək mümkündür. Amerika hökuməti cənab Putinin iddialarından yaxşı xəbərdardır. Qərargah rəislərinin Birləşmiş komitəsinin növbəti rəisi olmalı olan adam Konqresə bildirib ki, Amerikanın milli təhlükəsizliyi üçün ən böyük təhlükəni Rusiya təşkil edir. Onda ABŞ niyə Rusiyanın hərbi ekspansiyasına gedəsi 300 milyon dolları ödəməyə hazırlaşır? (Bu məbləğə 75 T-90 tankı almaq mümkündür).

Konqresin hər iki palatasının milli müdafiə sahəsində səlahiyyətlər haqda Qanun çərçivəsində ABŞ-ın kosmik buraxılışlarında Rusiyanın raket mühərriklərindən istifadəni müzakirə etdiyi fonun geopolitik durumu bu cürdür.

ABŞ-ın praktik olaraq bütün hərbi əməliyyatlarının icrası kosmosdan asılıdır. Lakin 2000-ci illərdən milli müdafiə məsələləri ilə bağlı kosmik buraxılışlar geçəkləşdirilərkən, ehtiyatsız şəkildə Rusiyanın raket mühərriklərindən asılı vəziyyətə düşdük. ABŞ HHQ buraxılışları perspektiv birdəfəlik daşıyıcı raketin vasitəsilə keçirdir. İlkin xidməti BoeingLoсkheed-Martin şirkələri təmin etməliydi. Boeing şirkəti Kaliforniyada hazırlanan mühərriklərdən faydalanan “Delta-IV” raketini, Loсkheed-Martin isə Rusiyanın RD-180 raketlərinin istifadə etdiyi “Atlas-V” mühərriklərini təklif etdi. Sonradan müəssisələr 2006-cı ildə öz səylərini birləşdirib “Delta” “Atlas”dan yararlanan və bu yaxınlaradək bu sahədə monopoliyanı qoruyub saxlayan ortaq United Launch Alliance (ULA) müəssisəsini yaratdı.

Atlas-V” raketində istifadə edilən mühərrikləri tam şəkildə Rusiya dövlətinə məxsus və Rusiya Krımı ilhaq edəndən sonra Amerika sanksiyalarına düşmüş Rusiya banklarının maiyyələşdirdiyi “Enerqomaş” şirkəti istehsal edir. Amerikanın “qara siyahı”sına düşənlərdən ikisi – baş nazirin müavini və Rusiya kosmik proqramının rəhbəri Dmitri Roqozin və Putinin yaxın köməkçilərindən biri, onun “şəxs bankiri” Yuri Kovalçuk raket mühərriklərinin istehsalı ilə sıx bağlıdır.

Rusiya ABŞ-a raket mühərrikləri tədarükünü təcili şəkildə dayandıra biləcəyi ilə təhdid etdi, lakin eyni zamanda hərbi modernləşdirmə proqramının pulunu ödəmək üçün tədarükü davam etdirmək niyyətini bildirdi. Hər iki variant Amerikanın milli təhlükəsizliyi üçün pisdir. Konqres keçən il 2015-ci ilə milli təhlükəsizlik sahəsində səlahiyyətlər haqda Qanun qəbul edərkən, 2019-cu ildən sonra RD-180-dən istifadəni qadağan etdi və alternativ mühərrikin hazırlanması üçün 220 milyon dollar ayırdı. Bu qanun imzalanmış müavilələrin icrasının göstərildiyi dövrdə ABŞ-a Rusiyanın raket mühərriklərindən, həmçinin hələlik sənayeyə təklif edilməmiş daha beş missiyadan istifadə imkanı verdi. Amerika HHQ ULA-nın dəstəyi ilə yasaqdan yan keçmək təşəbbüsü irəli sürür, çünki hesab edir ki, RD-180-dən istifadə yasağı qüvvəyə minərkən yeni mühərrik həmin müddətə qədər yaradılmayacaq. Lakin onun arqumenti yanlışdır, çünki 2019-cu ildən sonra ABŞ-ın Rusiyanın raket mühərriklərinə ehtyacı olmayacaq. “Delta-IV” raketi Amerika mühərriki ilə təchiz olunub və Rusiya mühərrikli “Atlas-V” raketindən güclüdür. üstəlik, ULA-nın kosmik buraxılışlara lisenziyası olan rəqibi SpaceX meydana çıxıb. SpaceX-i milyarder Elon Mask təsis edib. O, özünün “Falcon-9” raketi ilə iyunun 28-də baş vermiş uğursuzluğa qədər bir neçə uğurlu buraxılış həyata keçirdib. RD-180-i ABŞ-da istifadə etməyin tərəfdarları öz aqumentlərində bu qəzalardan fəal şəkildə istifadə edirlər.

Konqres bu yaxınlarada Pentaqonun prqoramını təsdi edərkən, iki ayrı-ayrı qanunu keçirtdi və hazırda onları birləşdirməyə cəhd edir, çünki qanunlar bir-birinə ziddir. Mövcud qanun 117 milyon dollara Rusiyanın iki əlavə mühərrikini almaq imkanı verir. Senatın qanunu, ən azı, beş (elə həmin 117 milyon dollara) və çoxu doqquz (210,6 milyon dollara) Rusiya mühərriki almağa imkan verir, həmçinin 2019-cu ildən sonra alqının dayandırılmasını təsdiq edir. Nümayəndələr palatası, əksinə, Amerika hərbçilərinin istifadəsi üçün daha 14 Rusiya mühərrki almağa icazə qanununu təsdiq etdi ki, bu da limiti, demək olar, üç dəfə üstələyir, həmçinin 2019-cu ildən sonra da onların alqısını davam etdirməyə icazə verir.

SpaceX şirkətinin Beynəlxalq kosmik stansiyaya iki ton yük çatdırmalı olan “Falcon-9” raketi keçən ay Floridada Kanaveral burnundan start götürəndən 2 dəqiqə 19 saniyədən sonra dağıldı. RD-180-dən istifadənin tərəfdarları bu hadisə vasitəsilə müdafiə nazirliyinə təzyiq göstərməyə və bu mühərriklərin tətbiqini genişləndirməyə razı salmağa cəhd edirlər. Lakin bu, dar və yanlış yanaşmadır.

Bu uğursuzluq nə “Falcon-9”-dan imtina, nə də ABŞ-ın kosmik buraxılış sahəsindəki imkanları haqda nəticə üçün əsas ola bilər. Artıq başqalarının göstərdiyi kimi, Rusiya mühərrikli Orbital-ATK raketi keçən ilin oktyabrında birbaşa NASA-nın start meydançasında partladı. “Atlas-V” raketi 2007-ci ildə doqquzuncu buraxılış vaxtı Hava-Kosmos kəşfiyyatı Milli idarəsinin iki məxfi sputnikini son pillənin nasazlığı üzündən yanlış orbitə çıxartdı. Bu sahənin mütəxəssisləri həmin buraxılışı iflas adlandırdılar. 2012-ci ildə hətta ULA-nın “Delta-IV”-ü də ciddi problemlər yaşadı və bu sistemin (həm də HHQ-nin buraxılışları) buraxılışı bir neçə ay dayandırıldı. Delta IV Heavy raketi elə ilk buraxılışda uğursuzluğa düçar oldu.

Kosmosa çıxmaq asan iş deyil. Amerika HHQ məhz buna görə bir neçə raket sisteminin tətbiqi siyasətini dəstəkləyirdi ki, istəniən anda kosmik buraxılışların həyta keçirilməsinə əmin olsun. Və indiki məqamda bu siyasəti Rusiyanın raket mühərriklərinin alqısı ilə əvəzləməyə cəhd edirlər. ULA özünün “Delta-IV” raketindən istifadəni dayandırmağa hazırlaşır, lakin “ağır sinifli” buraxılışlar üzrə Amerika HHQ-ə kömək etməyi vəd edir. Söhbət “Atlas-V”-in yerinə yetirə bilmədiyi vəzifələrdən gedir. Şirkət bununla da yanlış təsəvvür yaradır ki, bu cür xidmətləri təklif edə biləcək yeganə firma SpaceX-dir. Ona da “Atlas” raketlərini Rusiya mühərrikləri ilə təchiz etməyə imkan versələr. Müdafiə nazirliyi və HHQ bu arqumentləşdirməni şübhə altına almalıdır.

Seçim çox sadədir.

ABŞ variantlardan birini seçməlidir: ya keçmiş sovet blokunu tamamilə öz tərəfinə çəkməyə susayan təhlükəli diktatora pulla kömək etməlidir, ya da s
on dərəcə zəruri olan iş yerləri yaratmaqla Amerikanın sənaye istehsalına kömək etməldir.

Ron Vahid

“Arcanum Global” strateji araşdırmalar mərkəzinin rəhbəri

“Politico” (ABŞ), 26.07.2015