“Sən Tək Deyilsən” Gənc Əlil Qızlara Yardım İctimai Birliyi 4 ay davam edən “Biz güclüyük, çünki təhsilimiz var!” layihəsinin icrasını başa çatdırıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
“Sən Tək Deyilsən” Gənc Əlil Qızlara Yardım İB layihə fəaliyyətlərini uğurla həyata keçirib. Layihə çərçivəsində İcra Planına uyğun keçirilən tədbirlərdə iştirakçılara mövzuya uyğun ətraflı məlumatlar verilib. Layihə ekspertləri onları maraqlandıran suallara ətraflı cavab verib.
Strateq.az