XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2015 - 09:37

Azərbaycanda dəhşətli olay: Maaşını ala bilməyən kişi özünə od vurdu
Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırıb.
İyul ayının 22-si özünə od vuran Məhəmməd Əliyev bu gün səhər saatlarında Respublika Yanıq Mərkəzində keçinib.
Strateq.az ANS-ə istinadən xəbər verir ki, mərhumun bacısı Zemfira Əliyeva bildirib ki, qardaşının özünü yandırmasına səbəb 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi olub:
“Məvacibini ala bilməyən Məhəmməd şirkətin Sumqayıtda yerləşən ofisinə gedib. Ofisdə şirkətin rəhbər işçiləri ilə Məhəmməd Əliyev arasında mübahisə yaranıb”.
Bu mübahisədən sonra M.Əliyev ofisin həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Ofis işçilərinin köməyi ilə alov söndürülüb və o, dərhal Sumqayıt xəstəxanasına gətirilib. Bədəninin 85%-i yanmış Məhəmməd bir neçə gün xəstəxanada qalıb.
Həkimlər onun vəziyyətinin ağırlaşdığını görərək, iyulun 25-də Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriblər.
Yanıq mərkəzində 2 gün qalan Məhəmməd Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Artıq iş Sumqayıt şəhər prokurluğunda araşdırlmağa başlayıb. Prokurorluğun əməkdaşları xəstəxanaya da gəliblər.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorloğunda cinayət işi açılıb, araşdırma aparılır.