XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 13:38

Çin fond indeksləri düşüb- İri şirkətlər dəyərini itirib

indeks_CHIN.jpg

çinin fond indeksi Shanghai Composite bu gün 8.5 faiz aşağı düşüb. Bu indeksin yarandığı 1990-cı ildən bəri qeydə alınan ikinci böyük düşmədir. Faynenşl Tayms qəzeti yazır ki, çin hökumətinin fond bazarının stabilləşdirilməsi məqsədilə həyata keçirdiyi tədbirlər nəticə vermədiyinə görə, aksiyların kütləvi satışı baş verir. Bu isə indeksin aşağı düşməsini şərtləndirir.

çinin digər fond indeksləri də kəskin aşağı düşüb. Şençıjen fond birjasının Shenzhen Composite indksi 7 faiz, NASDAQ indeksinin çində olan analoqu ChiNext indeksi isə 7.4 faiz aşağı düşüb.

çinin China Life Insurance sığorta şirkətinin, ölkənin ən böyük banklarından biri Bank of Communications və ən iri kömür çıxaran şirkətlərindən olan China Shenhua Energy şirkətinin səhmləri bir günlük limitin maksimumu qədər, 10 faiz ucuşlaşıb.

ölkənin ən iri neft-qaz şirkəti PetroChinan 9.6 faiz dəyərini itirib. Industrial and Commercial Bank of China bankı isə 5,3% ucuzlaşıb.

çin hökuməti fond bazarında sabitlik yaratatmaq üçün 41.8 milyard dollar ayırıb. Lakin bu tədbirlər hələ istənilən nəticəni vermir.

Strateq.az