XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 05:24

PKK Suriya rejimi ilə əməkdaşlıq siqnalı verdi – Amma bir şərtlə…

Əvvəl ABŞ tərəfindən dəstəklənərək Türkiyənin dövlət maraqlarını təhdid edəcək duruma gətirilən, beləcə, rəsmi Ankaranı Suriyaya müdaxiləyə vadar edən PYD (PKK-nın Suriya qanadı) indi çətin vəziyyətlə üz-üzədir. Məlumatlara görə, Türkiyəylə ABŞ Suriya məsələsində ortaq fikrə gəlib və demək olar ki, rəsmi Ankaranın irəli sürdüyü bütün şərtlər Vaşinqton tərəfindən qəbul olunub.

Strateq.az xəbər verir ki, “Washington Post” qəzeti bu məlumatı yayıb. Qəzet ABŞ və türk yetkililərinə istinadən bildirib ki, iki müttəfiq arasında əldə olunan razılığa əsasən, Fərat çayının 110 km-lik sahili boyunca Hələb şəhərinə qədər uzanan 65 km-lik dərinlikdə neytral zona yaradılacaq. Qeyd edək ki, bu, qardaş ölkənin əvvəldən irəli sürdüyü şərtlərdən biri idi və ABŞ tərəfindən qəbul olunmurdu. İndisə görünən budur ki, Ankaranın bu məsələdə ciddi israrı Vaşınqtonu onunla razılaşmaq məcburiyyətində qoyub.

ABŞ rəsmi bu xəbəri təsdiqləməsələr də, hər halda Türkiyənin Suriyadakı əməliyyatlarına da etiraz etmir, hətta dəstəkləyirlər. Bu əməliyyatların İŞİD-lə yanaşı, həm də kürd separatçılarına qarşı yönəlməsi istər-istəməz, bir zaman ABŞ-ın başını tumarlaya-tumarlaya qəhrəmanlıqları haqqında boy boyladığı, söz söylədiyi PKK-nın Suriya qanadını çətin vəziyyətə salıb. İndi “dost” xəyanətiylə üzləşən kürd separatçıları başqa müttəfiq axtarışına girişiblər. PYD lideri Saleh Müslimin Suriya ordusuna qatıla biləcəkləri haqqında verdiyi açıqlama da əslində bu çarəsizliyin ifadəsidir.

Saleh Müslim mətbuata verdiyi həmin açıqlamasında bildirib:

“Suriya ordusu yeni anlayış və şərtlər altında bölgəyə qayıtmaq istəyirsə, biz niyə onun bir parçasına çevrilməyək? Ordunun qayıdışı əski məntiq və xəfiyyə anlayışına əsaslanarsa, bu əsla qəbul edilə bilməz. Keçmiş dönəmə qayıtmayacağıq”.

PYD lideri Suriya ilə əməkdaşlıqlarının şərtlərini də açıqlayıb: “Demokratik və federal Suriya üçün bərabər mübarizə apara bilərik.”

Heydər