ABŞ-ın 2001-ci ildə baş vermiş 11 sentyabr hadisələri bəhanəsiylə işğal etdiyi Əfqanıstanda “Taliban” qüvvələri ölkəyə nəzarəti yenidən gücləndirir. Məlumata görə, ötən bazar günü 125 polisin “Taliban”a qoşulmasıyla Bədaxşan vilayətinin ən strateji nöqtələri yenidən Molla ömər tələbələrinin əlinə keçib.
Strateq.az bildirir ki, Bədəxşan valisi Dövlət Məhəmməd Havar “Xinhua” agentliyinə bu xəbəri verib. Vali açıqlamasında 3 gün “Taliban”a qarşı vuruşan polislərin axırda silahlarını buraxaq onlara qoşulduğunu etiraf edib. Havar onu da etiraf edib ki, 3 günlük döyüşlərdə 20 Taliban, 10 polis məmuru həyatını itirib.
Qeyd edək ki, əsasən dağlıq ərazilərdən ibarət olan Əfqanıstanın böyük bölümü əslində həmişə “Talıban” nəzarəti altında olub. ABŞ ordusunun yaxınlarda ölkəni tərk edəcəyi xəbəri yayıldıqdan sonra isə silahlı “tələbə”lər dağlardan şəhərlərə enməyə başlayıblar.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ötən il verdiyi açıqlamasında 2015-ci ilə qədər Əfqanıstanı tərk edəcəyini açıqlamışdı. Əfqanıstanda vəziyyətin gərginliyi bu qərarın təxirə salınmasına səbəb olmuş və 2016-cı il ölkədən çıxış tarixi olaraq göstərilmişdi.
Heydər