XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 09:42

ABŞ-ın sabiq səfirlərindən Qarabağ müraciəti: “Minsk Qrupu yenilənməli, Türkiyə sərhəddi açmalıdır”

kerri qarabaq.jpg

“Qərb üçün Azərbaycan, Ermənistan və Gürcüstanla olan münasibətlərinə yenidən baxmaq zamanı gəlib çatıb”.

Strateq.az bildirir ki, bu sözləri Avropa Komissiyasının Gürcüstanda və Ermənistandakı nümayəndəliyinin keçmiş rəhbəri Denis Korbo, ABŞ-ın Gürcüstanda və Qazaxstandakı keçmiş səfiri Uliyam Kortni və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin “Newsweek”jurnalında yazdıqları birgə məqalədə qeyd olunub.

“İrana qarşı olan sanksiyaların ləğvi perspektivi bu ölkənin Cənubi Qafqazda olan qonşuları- Ermənistan, Azərbaycan və Gürcüstan üçün iqtisadi xeyir gətirəcək. İranla saziş imzalayarkən, Qərb özünün Cənubi Qafqaz regionuna bağlılığını unutmamalıdır. İranla razılaşma hər üç dövlət üçün balansı dəyişdirir və yeni imkanlar açır”, – deyə yazıda vurğulanır.

Müəliflər qeyd edirlər ki, Ermənistan Rusiya və İrandan asılıdır: “Ermənistan Rusiyanın hərbi köməyinə çox möhtacdır, Yerevan bu dəstəklə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək cəhdinin qarşısını alır”.

Eks səfirlər Qərbi Ermənistanın vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurmağa və Ermənistanda iqtisadi islahatları genişləndirməyə çağırıblar.

Müəlliflərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılmış Minsk Qrupunun fəaliyyətinə yeindən baxılmalıdır. Onlar hesab edir ki, Minsk Qrupunun həmsədrləri 20 il ərzində münaqişənin həllində nəticələr əldə edə bilməyib.

“Problemin diplomatik yolla həllinin mümkünsüzlüyü müharibənin başlanması imkanlarını artırır. Qərb Minsk prosesini yeniləməli və ikinci dərəcəli diplomatiyanı (Track II diplomacy -“vətəndaş diplomatiyası”) aktivləşdirməlidir. Qərb həmçinin Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmağa çağırmalıdır. Ankaranın sərhədləri bağlaması Ermənistanın İrandan asılılığını daha da gücləndirir”, – deyə yazıda qeyd olunub.

“Tarix boyu İran, Rusiya və Türkiyə Cənubi Qafqazda nufuz uğrunda mübarizə aparıb. Region ölkələri azadlıq və müstəqillik əldə ediblər. İndi Qərb bu dəyərlərin müdafiəsini artırmalıdır. Daha ayıq siyasət apararaq Qərb Cənubi Qafqaza İranın və Rusiyanın asılılığından çıxmasına kömək etməldir”, – deyə eks diplomatlar yazıb.

X. SƏFƏROĞLU

Strateq.az