XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 İyul 2015 - 06:43

İran PKK-ya silah verir-Qərbin kürd separatçılarından üz döndərməsinin sirri məlum oldu

İranın Suriyadakı kürd separatçılarına silah verməsiylə bağlı xəbər yayılıb. Strateq.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, PKK-nın Suriya qanadı PYD-nin, İraqın sabiq kürd əsilli prezidenti Talabaninin lideri olduğu Kürdüstan Yürdsevərlər Birliyinin və İran İnqilab Keşikçilərinin nümayəndələri ötən ay İraqın quzeyindəki Süleymaniyyə şəhərində görüşərək bu barədə razılığa gəliblər. Razılığa əsasən, PYD döyüşçüləri Bəşər Əsəd rejimiylə birlikdə olsalar, İran onları silahlandıracaq.

Xəbər etibarlı mənbələr təsdiqlənməsə də, son zamanlar yaşanan bəzi hadisələr onun əsassız olmadığını göstərir. Məlum olduğu kimi, bir müddət öncə PYD qüvvələri əvvəl eyni ittifaqda olduqları Azad Suriya Ordusunun qüvvələrini Kobanidən çıxartmış, İŞİD-ə qarşı mübarizədə Bəşər Əsəd rejiminə aid hərbi qüvvələrlə birgə hərəkət etməyə başlamışdılar. Bu yaxınlarda isə PYD lideri Saleh Müslim müəyyən şərtlərlə Suriya ordusunun bir parçasına çevrilə biləcəklərini bəyan etmişdi.

Mümkündür ki, Türkiyənin Suriyanın şimalinda keçirdiyi hərbi əməliyyatlar və NATO ölkələrinin qardaş ölkəni dəstələməsi həmin hadisə ilə bağlı olsun. ümumiyyətlə, son bir ay ərzində kürd separatçılarına beynəlxalq münasibətin dəyişilməsi bu ehtimalı qüvvətləndirir.

Heydər

Strateq.az