XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 18:52

Dünyaya bir gözlə baxan Molla Ömər – Qısa bioqrafiya

Məhşur 11 sentyabr hadisəsindən sonra dünyanın ən populyar adamlarından biri olan, daha sonra getdikcə unudulan və bu gün ölüm xəbəri yayılan Taliban lideri Molla ömərin şəxsiyyəti haqqında çox az şeylər bilinir.

Bu ilin aprel ayında Talibanın hazırladığı bioqrafiyanın qısa icmalı belədir:

Sadə bir həyat tərzi sürən, mülkiyyətində bir daxma və bir neçə zəruri ev əşyaları olan Taliban lideri 1960-ci ildə Əfqanıstanın Qəndəhar əyalətində dünyaya göz açıb. Atası yaşadığı bölgədə böyük hörmətə malik, sayılıb seçilən insan kimi tanınıb. Sovet işğalı zamanı mədrəsədə təhsil alan ömər müqavimət hərəkatına qoşulur və iştirak etdiyi döyüşlərdə 4 dəfə müxtəlif yerlərindən yaralanır. Bir gözü qəlpə yarasından çıxan Molla rəhbərlik etdiyi insanlara olduğu kimi, dünyaya da bir gözlə baxır.

2006-cı ildən 2011-ci ilə qədər 5 il Əfqanıstana rəhbərlik edən Mollanın nə xaricdə, nə də ölkə daxilində heç bir bank hesabı yox imiş və bu keyfiyyətilə dünyanın ən kasıb liderlərindən biri kimi xatırlanır.

Əfqan xalqının mənəvi dəyərlərinə və milli mentalitetinə həmişə sadiq olub. Hətta bu xüsusiyyətilə ABŞ-a öz ölkəsini işğal etmək bəhanəsi verib. 11 sentyabr hadisəsindən sonra əl-Qaidə lideri üsamə bin Ladeni tələb edən super gücə verdiyi bu cavabla məhşurdur: “Bin Laden Əfqan xalqının qonağıdır. Bizim milli adət-ənənədə qonağı düşməninə təhvil vermək xüsusiyyəti yoxdur. Hətta özü getməsə, biz ona ölkəmizi “tərk et” də deyə bilmərik”.

ABŞ Mollanın bu israrlı mövqeyindən sonra Əfqanıstanı işğal etmişdir.

Molla ömərin şən, zarafatсıl birisi olduğu da bioqrafiyasında qeyd edilir. Qatı şəriət hökmlərinə söykənən anlayışına baxmayaq, onu xarakterizə edən əsas şəxsi keyfiyyətləri çox canayaxın və təvazökar olmasıymış.

Heydər