XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2015 - 06:51

Türkiyə prezidenti odla oynayır – Təhlil

Qərb PKK ilə mübarizədə Ankaranı müdafiə etməyə tələsdi

Türkiyə 2012-ci ildə PKK qiyamçıları ilə münaqişənin dinc həllini aramaq məqsədi ilə başlanmış barış prosesinin başa çatdığını bəyan edib. ölkənin kürd əhalisi bir müddət Ərdoğanın vədlərinə inandı və 2014-cü il prezident seçkilərində ona həlledici dəstək verdi. Bununla belə, islahat zərfi boş çıxdı, türk hökumətinin keçən ilin payızında Suriyanın Kobani kürd şəhərinin mühasirəsi zamanı İŞİD-ə şans yaratması isə Ankaranın əsil niyyətləri haqda illüziyaları dağıtdı.

Hiddətlənmiş kürdlər iyunda tarixdə ilk dəfə parlament seçkilərinə qatıla bilən Xalqların demokartik partiyasını (XDP) müdafiə etdilər. XDP 80 deputat kreslosu əldə edib Ərdoğanın fövqəlhökumət arzusunu dağıtdı və Ədalət və İnkişaf Partiyası (ƏİP) parlamentdəki çoxluqdan məhrum oldu. Baş naziri hazırda hökumət koalisiyası üzərində əlləşən prezident Ərdoğan öz şəxsiyəti ətrafında milli birlik dalğası yaratmaq ümidi ilə bu cür şəraitdə vətəndə terror təhlükəsi kartını oynatmağa cəhd edir. Əvvəlki kimi əsas düşmənlər kürd “separatizmi” (Suriyada muxtar bölgənin formalaşması fonunda) və hələ bu yaxınlara qədər “barış prosesi”nin rəsmi tərəfdaşı olan PKK terrorçularıdır. Türkiyə hökuməti qərbli müttəfiqlərini ələ almaqdan ötrü İŞİD-lə mübarizədən danışır. Lakin bütün bunlar ancaq tüstü dumanıdır, çünki bir neçə aviazərbə və bir neçə yüz mötədil Suriya müxalifi Türkiyənin indiyədək müdafiə etdiyi İŞİD üçün tamamilə boş şeydir.

İŞİD məsuliyyəti öz üzərinə götürmədi

İyulun 20-də kamikadzenin iştirakı ilə Kobaninin bərpasına kömək qərarına gəlmiş 32 kürd könüllüsünün həyatına son qoymuş terakta gəlincə, burada polis manipulyasiyası haqda ciddi şübhələr var. Terrorçunun şəxsiyyətini (partlayışdan sonra onun cəsədindən heç bir iz qalmayıb) sirli şəkildə salamat qalmış şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etmək mümkün olub. Yeri gəlmişkən, o həm də kürdlərin toplantısına qədər baxış keçirdən polislərin gözündən yayına bilib. Bütün müşahidə kameraları əcaib durum nəticəsində işləməyib. Nəhayət, gərəksiz təvazödən uzaq İŞİD, gölənildiyi kimi, kürdlərin intiqamını doğuran və barış prosesinin dayandırılması üçün Ankaraya bəhanə verən aksiyaya görə məsuliyyəti öz üzərinə götürmür.

Erməni soyqırımından başlayaraq 1950-1960-cı illərin yunan qırğınına qədər Türkiyənin tarixi polis sui-qəsdləri ilə zəngindir. 2013-cü ilin yanvarında Parisdə üç kürd fəalının qətli bizə xatırladır ki, türk xüsusi xidmətləri Avropanın lap mərkəzində də əməliyyatlardan çəkinmir. Lakin Qərb bu cür dövlət terrorizmindən hiddətlənmək əvəzinə PKK ilə mübarizədə Ankaranı müdafiə etməyə tələsdi. Kütləvi həbslər, İraq Kürdüstanındakı PKK bazalarının bombardmanı, “terrorizmə dəstəyə” görə kürd deputatların təqibi – bütün bunlar qaranlıq 1990-cı illərə qayıdış baxımından əndişə doğurur.

Kürd probleminin hərbi həlli ola bilməz. Ankaranın dialoqu təzələməyi və kürd vətəndaşların hüquqlarını tanımağı lazımdır. Kiprdəki 200 000 türk üçün tələb etdiyi kimi.

Kendal Nezan

“Le Monde” (Fransa), 30.07.2015