Türkiyənin Qars bölgəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq tədbirləri çərçivəsində 35 hərbçi tutulub.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, Qars əyaləti Təhlükəsizlik İdarəsinin əməkdaşları Sarıkamış 9-cu Briqada Komandanlığında axtarış aparıblar.
Məlumata görə, 35 şübhəli təhlükəsizlik idarəsinə aparılıb. Qeyd edək ki, bir müddət əvvəl Qarsda tutulan 15 hərbçinin istintaqı hələ də davam edir.