XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Oktyabr 2016 - 16:44

Ali Baş Komandan planı təsdiq etdi –Ordu Naxçıvanda ağır silahlarla təlimə başladı

zakir-kerem-naxcivan

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub.

Əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və birləşmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə ərazimizə qarşı düşmənin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetirəcək.

Eyni zamanda bölmələr silahlanmalarında olan yeni və müasir raket-artilleriya sistemləri, aviasiya vasitələri, digər silah və döyüş texnikasının tətbiqi ilə qarşı tərəfin müdafiəsinin dərinliyindəki hərbi-strateji obyektlərin məhv edilməsi tapşırıqlarını da icra edəcəklər.