İran hökuməti ölkənin bank sektorunun 400-ə yaxın yüksək vəzifəli əməkdaşını cəzalandıracaq.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı üzə çıxıb ki, dövlət banklarının vəzifəli şəxsləri dövlət sektoru üçün nəzərdə tutulan normadan bəzən 50 dəfə artıq maaş alıblar.
İran parlamentinin spikeri Əli Laricani bildirib ki, ayrı-ayrı şəxslərin dövlət büdcəsi hesabına varlanmasının qarşısını alan islahatlar həyata keçirilməlidir.