Estoniyanın bu gün seçilən yeni prezidenti Kersti Kalyulayd Prezident Sarayına yerləşməkdən imtina edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kalyulayd əvvəlki kimi, paytaxtın Nımme rayonundakı evində yaşayacağını və işləri oradan idarə edəcəyini bildirib: «Mən problemlərin həllində diqqətli olmaq istəyirəm. Biz bir-birimizlə çox danışmalıyıq. Mən bu işə başlayıram ki, öz ünsiyyət dairəmi formalaşdırım, insanların çətinliklə üzləşdiyi yerlərdə olum».
Kalyulayd bildirib ki, prezident kimi ilk səfərini qonşu ölkələrə edəcək.
Xatırladaq ki, xanım Kalyulaydın lehinə 101 deputatdan 81-i səs verib. Prezident postunu tutmaq üçün ona 68 səs lazım idi.
Kersti Kalyulayd həm də Estoniyanın ilk qadın prezidentidir.