XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 19:20

Prezident “Əmanətlərin sığortalanması haqqında” fərman verdi –Dəyişiklik

Ilham Eliyev

Bu gün Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” yeni Fərman imzalayıb.

Strateq.az xəbər verir ki, Fərmana əsasən,  “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 155-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı qərar veriliib:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 96; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 433) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2.1.5-1-ci maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

2.3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 17.2-ci maddəsinin ikinci, üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.

2. 3.1-ci bənd ləğv edilsin.