XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2016 - 19:59

Türkiyədə fövqəladə vəziyyət uzadıldı- Bu tarixə qədər

Türkiyə1

Bu ilin iyulundakı hərbi qiyama cəhdlə əlaqədar Türkiyədə elan olunmuş fövqəladə vəziyyətin daha 3 ay uzadılması barədə qərar qəbul edilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Associated Press» Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşa istinadən məlumat yayıb.

N.Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, fövqəladə vəziyyət oktyabrın 19-dan etibarən daha 90 gün müddətinə uzadılacaq. 

Xatırladaq ki, hərbi qiyam cəhdi bu il iyulun 16-da baş verib. İyulun 20-də isə ölkədə fövqəladə vəziyyət elan olunub.