XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 23:58

SOCAR sentyabrda nə qədər neft məhsulları ixrac edib? –Rəqəm və qiymətlər

socar

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin sentyabr ayında 78 min 247 ton dizel yanacağı, 21 min 876 ton təyyarə yanacağı, 4 min 86 ton yüksək təzyiqli polietilen, 96 ton mütləqləşdirilmiş izopropil spirti, 1 min 147 ton propilen və 844 ton butilen butadien fraksiyası ixrac edib.

Strateq.az xəbər verir ki, bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilib.

Məlumatda o da qeyd olunub ki, ümumilikdə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 508 min 996 ton dizel yanacağı, 165 min 347 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 61 min 102 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 45 min 195 ton maye piroliz qətranı, 30 min 610 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac olunub:

"2016-cı ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 478,97 ABŞ dolları, təyyarə yanacağının – 430,67 dollar, dizel yanacağının – 409,84 dollar, 1% kükürdlü mazutun qiyməti – 255,20 dollar, yüksək təzyiqli polietilenin – 1168,50 dollar, butilen butadien fraksiyasının – 459,29 dollar, maye piroliz qətranının – 478,97 dollar, propilenin qiyməti – 697 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 897,50 avro təşkil edibdir".