XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 00:14

Suriya qalmaqalı:ABŞ Rusiya ilə təması kəsdi, Zaxarova rəsmi Vaşinqtonu ittiham etdi

suriya

ABŞ Rusiya ilə Suriyadakı savaşın dayandırılması  yönündə aparılan ikitərəfli danışıqları birtərəfli şəkildə kəsdi.

Strateq.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Con Kirbi yazılı açıqlama yayıb.

O, "ABŞ Suriiyadakı iç savaşın həll olunması və humanitar yardım istiqamətində Rusiya ilə apardığı ikitərəfli təmasları dayandırır", – deyə, bildirib.

ABŞ rəsmisi alınan qərarın çətin olduğunu, ancaq Rusiyanın humanitar yardım və BMT-nin 2254 saylı qərarı daxil, digər anlaşmaları yerinə yetirmədiyini vurğulayıb: "Buna görə də, ABŞ Rusiya ilə təmas halında olan bütün görəvlilərini geri çəkir. Ancaq iki ölkə arasında Suriyada qarşıdurma yaranmaması üçün Rusiya ilə təmaslarımız davam etdiriləcək".

Strateq.az xəbər verir ki, ABŞ-ın bu bəyanatına Rusiyadan cavab gecikməyib.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Vaşinqton Hələb sakinlərinin insani durumunu nisbətən normallaşdırmaq üçün anlaşmanın kilid nöqtəsini yerinə yetirmədi. İndi də özlərinin hazırladığı anlaşmanı yerinə yetirməkdə aciz olduqları üçün məsuliyyəti başqasının üzərinə yükləməyə çalışırlar", – deyə, bildirib.

Strateq.az