XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2016 - 10:28

Maliyyə Nazirliyində ləğv edilən xidmətin 14 əməkdaşına yeni vəzifələr verildi –Təyinat

Maliyyə Nazirliyi MN

Maliyyə Nazirliyinin (MN) ləğv edilmiş Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilova yeni vəzifə verilib.

O, Nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini təyin edilib.

Xatırladaq ki, DSNX-nın rəisi Namiq Xəlilov da Nazirlikdə işlə təmin olunub. Hazırda o, nazirin müşaviri vəzifəsində çalışır

. DSNX-nin işsiz qalmış digər 14 əməkdaşının isə MN-in müxtəlif şöbələrinə yerləşdirilməsinə başlandığı bildirilir.

Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəlində itirib. Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və ləğv edilən DSNX-nin səlahiyyətləri yeni quruma verilib.

Report.az