XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 11:50

Müsavat Partiyası başqanının müavini azadlığa çıxdı –Açıqlama

musavat

Müsavat Partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli azadlığa buraxılıb.

Strateq.az xəbər verir ki, bu barədə partiya başqanı Arif Hacılı açıqlama verib.

Vəkili Nemət Kərimli isə APA-ya deyib ki, prezidentin imzaladığı sonuncu amnistiya aktının icrası ilə əlaqədar olaraq F. Kərimli cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, bu gün sərbəst buraxılıb.

Qeyd edək ki, Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ali Məhkəmə F. Kərimlinin cəzasını 3 ilə endirib. S. Kərimli isə 17 mart 2016-cı il tarixində əvf olunub.