XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2016 - 13:26

Əliyevlə Sarksiyan nə vaxt görüşəcək? –Amerikalı həmsədrdən açıqlama

ilham-sarksyan

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağla bağlı növbəti görüşün keçirilməsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin razılığına ümid edir.

Bu sözləri Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ria-Novosti-yə açıqlamasında deyib:

“Ümid edirik ki, prezidentlər növbəti görüşün keçirilməsi üçün razılıq ifadə edəcəklər. Hazırda növbəti görüşün vaxtı və yeri müəyyənləşməyib”.

Onun sözlərinə görə, həmsədrlər münaqişə tərəfləri ilə onun həlli istiqamətində danışıqları davam etdirirlər. Eyni zamanda, ayın sonu regiona səfər zamanı hər iki ölkə lideri ilə ayrılıqda görüş planlaşdırılır.

Qafqazinfo.az