XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2016 - 16:07

Qərar:DTX və XKX-ya dövlət qulluğu statusu verilir

dtx

Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur. Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən “milli təhlükəsizlik” sözləri çıxarılır. Eyni zamanda “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti” sözləri daxil edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2015-ci dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyi ləğv edilb, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (APA)