XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

04 Oktyabr 2016 - 19:06

Con Kerri:«Rusiya Suriya münaqişəsində diplomatiyadan imtina etdi»

«Rusiya Suriya münaqişəsində diplomatiyadan imtina etdi».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi Con Kerri səsləndirib.

Kerri bildirib ki, Rusiya və Dəməşqin bu imtinasının səbəbi münaqişənin hərbi yolla həllinə üstünlük vermələridir: «ABŞ münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək. Biz eyni zamanda Rusiyanın öz maraqlarını Suriya prezidenti Bəşər Əsədlə uyğunlaşdırmasını qınayırıq. Rusiya özünü Suriyada sülh istəyən ölkə kimi aparmır».

Xatırladaq ki, oktyabrın 3-də ABŞ Dövlət Departamenti Rusiya ilə Suriyaya dair ikitərəfli danışıqlara son qoyub. Bu danışıqlar Suriyada münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu.

Rusiya Xarici İşlər Nazirliyi bu qərardan təəssüfləndiyini bildirərək danışıqların pozulmasında ABŞ-ı ittiham edib.