XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Oktyabr 2016 - 20:19

Filippin prezidenti Obamanı yenə təhqir etdi:"Cəhənnəm ol!"

Filippin prezidenti Rodriqo Duterte ABŞ prezidenti Barak Obamanı növbəti dəfə təhqir edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama Filippin hökumətinin narkotiklərə qarşı qeyri-insani mübarizə metodu seçdiyini və bunun nəticəsində yüzlərlə insanın həyatını itirdiyini deyib. Duterte isə bu tənqidə «cəhənnəm ol!» cavabını verib.

Yeri gəlmişkən, bu gün Filippində narkomanları qətlə yetirəcək xüsusi dəstələr yaradılıb.

Son çıxışlarının birində Duterte narkodilerləri öldürüb cəsədlərini balıqlara yem edəcəyinə, onları qətlə yetirən vətəndaşları isə mükafatlandıracağına söz vermişdi.

Filippində 3 milyon narkomanın olduğunu deyən prezident onları məmnuniyyətlə öldürə biləcəyini də deyib. 

Duterte bir nüddət əvvəl də Obamanın ünvanına  təhqiramiz ifadələr səsləndirmişdi. Lakin sonradan həm Obamadan üzr istəmiş, həm də onu təhqir etdiyini danmışdı.

Bunun ardınca isə o, BMT baş katibi Pan Gi Munu təhqir etmiş, həmçinin Avropa Birliyinin ünvanına xoşagəlməz ifadə işlətmişdi.