XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 20:50

BMT ali komissarı Rusiyanın “veto” hüququnun məhdudlaşdırımasını istəyir- Kremldən cavab

Putin

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Rusiya başda olmaqla qurumun Təhlükəsizlik Şurasının daimi üzvlərinin «veto» hüququnun məhdudlaşdırılmasını təklif edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ali komissar bildirib ki, Rusiya bu hüqüqdan sui-istifadə edir.

Hərbi cinayətlərdən, soyqırımdan və insanlıq əleyhinə cinayətlərdən söhbət gedəndə bu hüququn mütləq məhdudlaşdırılmalı olduğunu deyən Zeyd Raad əl-Hüseyn nümunə olaraq Rusiyanın adını çəkib. Bildirib ki, hazırda Suriyanın Hələb şəhəri Rusiya və Bəşər Əsəd qüvvələri tərəfindən bombardman edilir: «Bu, son 5 ildə ən intensiv hava zərbələridir».

Qeyd edək ki, BMT TŞ üzvləri arasında Suriyanın hazırkı hökumətini dəstəkləyən yeganə ölkə Rusiyadır. ABŞ, Britaniya, Fransa və Çin kimi, Rusiyanın da «veto» hüququ var.

Ali komissarın məlum təklifinə Kremldən operativ cavab gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskavanın «veto» ilə bağlı təklifə mənfi yanaşdığını bildirib.