XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 00:35

Gürcüstanda partiya liderinə sui-qəsd: Avtomobili partladıldı –FOTO

f1

 Bu gün Tiflisdə axşam radələrində "Milli Hərəkat" partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib. Hadisə ilə bağlı Givi Tarqamadze  “Rustavi 2” televiziyasına açıqlama verib. O, avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib. Hadisə nəticəsində avtomobilin sürücüsü və iki nəfər xəsarət alıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir. 

"Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb”, – deyə G. Tarqamadze qeyd edib.

G. Tarqamadze son günlər ona qarşı telefon zəngləri ilə təhdidlər olubmu sualını cavablandırmaq istəməyib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. (APA)

f2