XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2016 - 14:20

Türkiyə İraqın tələb və ittihamını rədd etdi:"Başikada qalacağıq"

Numan

İraq parlamentinin Türkiyənin Başika şəhərində yerləşdirdiyi hərbi hissəyə görə işğalçı dövlət adlandırmasına və prezident Ərdoğanın ünvanına söylənilən ittihamlarına rəsmi cavab gecikməyib.

Strateq.az xəbər verir ki, bu gün baş nazirin müavini Numan Kurtulmuş İraq məclisinin qərar və ittihamlarını rədd edərək, türk əsgərinin işğalçı olmadığını deyib:

"Biz İraqla hər cür əməkdaşlığa hazırıq. İraqın ərazi bütövlüyünə hər cür dəstək verir və verəcəyik. Ancaq İraq məclisinin qərar və ittihamlarını rədd edirik. Bu ölkə rəhbərliyi bir günün içində Mosulu İŞİD-ə təslim etdi, ölkəsinin sərhədlərini qoruya bilmədi. Necə olur ki, bu qədər problemini görməyən, görmək istəməyən İraq rəhbərliyii Başikada yerli qüvvələrə təlim keçən türk əsgərlərini işğalçı adlandırır və çıxmasını tələb edir?".

Baş nazirin müavini İraqın bu tələbini qəbul etmədiklərini, Başikanın isə müzakirə mövzusu olmasına imkan verməyəcəklərini də sözlərinə əlavə edib: "Türk əsgərinin bölgədə yaşananlarla bağlı oradan çıxması mümkün deyil. Bu, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz".

Strateq.az