XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 18:37

Nazarbayev sabiq mətbuat katibi ilə oğlunu həbs etdirdi –Səbəb

seyitqazi-qazax

Astana məhkəməsi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sabiq mətbuat katibi Seytkazı Matayevi 6 il müddətinə azadlıqdan məhrum edib.

Strateq.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, o, cəzasını əmlakı müsadirə olunmaqla, ciddi rejimli islah-əmək düşərgəsində çəkəcək.

Məlumata görə, Qazaxıstan Jurnalistlər İttifaqının sədri olan S.Matayevin həbsinin rəsmi səbəbi iqtisadi cinayətlər törətməsi ilə əlaqələndirilib.

Sabiq mətbuat katibinin oğlu da hazırda eyni ittihamla həbsdədir.

Qeyri-rəsmi mənbələr Matayevlərin cəzalandırmasına əsl səbəbin hakimiyyətdaxili münaqişələr olduğunu bildirir. "KazTAQ" agentliyinə də rəhbərlik etmiş 61 yaşlı S.Matayev məhz bu mübarizənin qurbanı olub.

M.Rzasoy